Impera

XƏBƏR LENTİ
15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto13:36Qaradağda qəzaya düşən sərnişin avtobusunda yaralananlar var - BNA10:40“Qızıl Qurd”- Bəhramdan mötəşəm qələbə10:33Trampdan Ina alçaldıcı təklif: "Nüvə silahlarını ABŞ-a göndər"10:22"Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır" - İlham Əliyevin bəyanatı09:32Göyçayda piyada vuruldu09:27Birləşmiş Ştatlardan ən yeni silahlar alınacaq - Poroşenko09:23O, bu hərbi yardımdan öz xalqına qarşı istifadə edəcək - ABŞ09:12Türkiyə ticarətini beynəlxalq qaydalara uyğun aparır - ABŞ-ın təhdidinə cavab19:04Baş nazirimiz macar həmkarı ilə görüşdü - Foto18:52Paşinyan doğru seçim etdi - Millət vəkili18:43Nə qədər aşağı əyilmənizdən asılı olmayaraq, sizin torpaqlarınızı oğurlayacaqlar - Zərif18:35Paşinyan Əliyevlə görüşdən razı qalıb (?..)08:53Xərçəngdən qorunmağın yolları varmı?... - Məsləhət08:41Dövlət qarşıladığı ziyanı geri ala biləcək... - Millət vəkili08:32NATO gəmiləri Qara dənizə daxil oldu14:21Avropa Türkiyəsiz güclü ola bilməz - E.İhsanoğlu14:16Azərbaycanda var olan dini liderlərdən dünya dini liderlərinə müraciət - Soyqırım...14:03Diaspor Komitəsi də yeyib talayıb - Rəsmi açıqlama13:53"Diqlas" işiylə bağlı nazirlər toplandı - Müşavirə13:42Poladəritmə zavodunda partlayışdan zərər görənlərə kompensasiya verildi19:44Kompensasiya məbləğini belə öyrənin - Problemli kreditlər19:39ABŞ Türkiyəni İranla qarşıdurmaya təhrik edir: Gözləyirik...- Siqal Mandelker15:10Misir Mərdanov Əli İnsanovdan danışmadı14:57Bizim imkanlarımız kiməsə qarşı istifadə edilməyəcək: Hindistan supergücə çevrildi – Baş nazir14:57Bizim imkanlarımız kiməsə qarşı istifadə edilməyəcək: Hindistan supergücə çevrildi – Baş nazir14:46Suriya BMT TŞ-nın toplanmasını tələb etdi14:41Mağazalar sığortalı olsaydı, sahibkarlar nəinki göz yaşı tökməz, heç,...- Ekspert09:51Bakıda tullantıların daşınması...- Mer 1 ay vaxt verdi09:35Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı qəza törətdi - Video15:01Gəncədə 27 yaşlı gənc intihar etdi14:53Türk qırıcıları havalandı - Yunanlar təşvişdə...
BÜTÜN XƏBƏRLƏR

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda var olan dini liderlərdən dünya dini liderlərinə müraciət - Soyqırım...

28 mar 2019, 14:16   
Azərbaycanda var olan dini liderlərdən dünya dini liderlərinə müraciət - Soyqırım...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müraciət ünvanlayıblar.
Altun.az müraciətin mətnini təqdim edir:
"O Bir Olan Yaradanın adı ilə! Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, Müraciətimizi Azərbaycan xalqına qarşı məkrli və ağlasığmaz cinayətlərlə müşayiət olunmuş bəşəri cinayətin – soyqırımın növbəti ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.
Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırım cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daima narahat edir.
Erməni millətçilərinin xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xəritələrində 114 min kv.km. olan Azərbaycan ərazisi, erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kv.km-ə qədər azalmış, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi zəbt olunmuşdur. XIX əsrin birinci rübündə bölgəmizdə gedən müharibələrin nəticəsi kimi Azərbaycan torpaqları ikiyə bölündü, Qarabağ, Zəngəzur və digər ərazilərimizə ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsi başladı, burada etnik vəziyyət süni surətdə və zorla dəyişdirildi. 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı. Azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti sovet hakimiyyəti dövründə erməni şovinistlərinin və lobbisinin dəstəyi ilə məkrli metodlarla davam etdirildi. 20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikasının monoetnikliyi təmin olundu.
80-ci illərin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırlmasından istifadə edən erməni şovinistləri 250 mindən artıq azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. Ərazilərimizin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etdilər. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.
Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti dünya ictimaiyyətinə açıqlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilməsi soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsi beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin daha geniş yayılması ilə səciyyələnmişdir.
Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırım əməllərinə dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Özlərini soyqırım qurbanı kimi təqdim edən erməni ekstremistləri, digər xalqa qarşı həyata keçirdikləri gerçək soyqırım cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaqdır!
Layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır.
Biz dövlətlər və xalqlar arası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarıyıq. Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, işğal etdikləri Qarabağ və ətraf rayonların ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bugünədək yerinə yetirməmişlər. Azərbaycanın illərdir beynəlxalq təşkilatlara etdiyi müraciətlərə rəğmən, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətini almamışdır. Baxmayaraq ki, Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamlarla bir sırada dayanır. Müqəddəs Kitablarda əksini tapan həqiqət budur ki, Allahın yaratdığı bir insanı qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayətdir!
Biz, din xadimləri, dini icma rəhbərləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"
OXŞAR MÖVZULAR