altun.az

Zaxarova Pompeoya təşəkkür etdi: "Qolan sizin, Krım bizim"... - ŞOK

24-03-2019, 18:28

Zaxarova Pompeoya təşəkkür etdi: "Qolan sizin, Krım bizim"... - ŞOK

Krımdakı real vəziyyətin dünyaya məlum olmaması üçün Qərb mümkün olan hər şeyi edir.
Altun.az xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələri barədə bəyanatı haqda danışarkən deyib.
Zaxarovanın sözlərinə görə, Krımın Rusiya ərazisi kimi tanınması məsələsi Qolan təpələrinin İsrail ərazisi kimi tanınması ətrafındakı vəziyyətdən fərqlənir.
“Vaşinqton və Brüssel Krımdakı real vəziyyət barədə dünyanın xəbərdar olmaması üçün hər şeyi edirlər - əks halda dövlət katibinin məntiqinə əsaslansaq, tanınma avtomatik baş verəcək. Biz hər şeyi başa düşdük və informasiya işinin strategiyasını düzəldəcəyik. Təşəkkürlər, cənab Pompeo”, - Zaxarova bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 378 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]