altun.az

“Deyli Ekspress” Trampı Türkiyəyə qarşı qısqırdır: "Ərdoğan meydan oxuyur"

23-03-2019, 10:28

“Deyli Ekspress” Trampı Türkiyəyə qarşı qısqırdır: "Ərdoğan meydan oxuyur"

“Deyli Ekspress” qəzetində dərc edilən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp hakimiyyətinə açıq şəkildə meydan oxuduğu və S-400 müdafiə sistemini almaq niyyətində olduğu bildirilib.
Altun.az xəbər verir ki, məqalədə rus müdafiə sistemlərinin alınmasının Türkiyə üçün sanksiya və s. ciddi problemlərlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıqların Ərdoğanı dayandıra bilmədiyi qeyd edilib.
Məqalədə Vaşinqtonun Ankaranı F-35-lə təhdid etdiyi, Ağ Ev administrasiyasının təzyiqləri artırmasına baxmayaraq, Ankaranın indidən rus müdafiə sistemini saxlamaq üçün hərbi baza seçdiyi xüsusi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə "Patriot" raket sistemlərinin tədarükü barədə danışıqları davam etdirmək üçün Ankaranın S-400 raket əleyhinə müdafiə sistemindən imtina etməsinin şərt olduğunu açıqlamışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 163 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com