altun.az

Hikmət Hacıyev Azərbaycan hakimiyyətinin qabiliyyətsizliyini etiraf etdi - Qarşısı alınmalıdır...

20-03-2019, 15:15

Hikmət Hacıyev Azərbaycan hakimiyyətinin qabiliyyətsizliyini etiraf etdi - Qarşısı alınmalıdır...

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Anadolu agentliyinə müsahibə verib.
Altun.az Azərtac-a istinadən xəbər verir ki, müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyətinə, problemin həlli yollarına, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasına dair mühüm məsələlərdən bəhs olunub.
Azərbaycan tərəfinin Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara həmişə hazır olduğunu diqqətə çatdıran Hikmət Hacıyev vurğulayıb ki, 25 ildir problemin ədalətli həllini gözləyən Azərbaycanın bu məsələdə səbrinin həddi var. Təcavüzkar ölkə, BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq, öz qüvvələrini Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmalıdır. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsindəki hüquqdan istifadə etməyə məcbur olacaq. Bildirilib ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində təbii sərvətləri qanunsuz olaraq istismar etməkdədir. Bu yolverilməz halın qarşısı alınmalıdır.
Azərbaycan xalqının sülhə hazır olduğunu diqqətə çatdıran şöbə müdiri deyib ki, sülh üçün əvvəlcə ədaləti bərpa etmək lazımdır. Bunun üçün, ilk növbədə, işğal altındakı Azərbaycan torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Ermənistan tərəfi Azərbaycan və digər qonşu dövlətlərlə sülh şəraitində yaşamaqda maraqlı olmalıdır.
Müsahibədə, həmçinin Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətindən də bəhs edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 286 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]