altun.az

Bir tərəfdə Gürcüstanı qazsız qoyan Rusiyadır, digər tərəfdə isə Azərbaycan... - Saakaşvili

20-02-2019, 16:02

Bir tərəfdə Gürcüstanı qazsız qoyan Rusiyadır, digər tərəfdə isə Azərbaycan... - Saakaşvili

Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb.
Altun.az xəbər verir ki, bu sözləri öz Facebook səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“Bizim ən kritik anlarımızda belə qaz tədarükündən imtina etməyən Azərbaycan kimi strateji tərəfdaşımız var. Bir tərəfdə soyuq qışda qaz kəmərini partladıb Gürcüstanı qazsız qoyan Rusiyadır, digər tərəfdə rus qazından minimum 20% daha ucuz Azərbaycan. İvanişvili əhaliyə bahalı qaz satışından on milyonlarla lari qazanacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə rəsmi Tiflis Gürcüstanın qazla təchizatının diversifikasiya üçün Rusiyadan qaz alacağını elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 259 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com