altun.az

Azərbaycan XİN-dən Paşinyanın danışıqlardan imtinasına müəmmalı jest - "Cənab Paşinyan..."

31-01-2019, 19:13

Azərbaycan XİN-dən Paşinyanın danışıqlardan imtinasına müəmmalı jest - "Cənab Paşinyan..."
Azərbaycan XİN-dən Paşinyanın danışıqlardan imtinasına müəmmalı jest - "Cənab Paşinyan..."

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması durur.
Altun.az xəbər verir ki, bu sözləri, Ermənistan baş naziri N.Paşinyanın: “Ermənistan Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək”,- ilə bağlı bəyanatına münasibət bildirən XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, cənab Paşinyanın məntiqini anlamaq çətindir:
“Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması tələbi BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrində, eləcə də münaqişənin həlli ilə bağlı, demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi Bakı ilə tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisinin müzakirə edilmədiyini və onun rəhbərlik etdiyi hökumətin Dağlıq Qarabağ siyasətini əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edənlərin yanıldığını bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 200 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com