altun.az

İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova

13-01-2019, 20:04

İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova

Pilotsuz uçuş aparatlarının alışı Ukraynadakı böhranın dərinləşməsi amilinə çevrilməməlidir.
Altun.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə və Ukrayna arasında pilotsuz uçuş aparatlarının alqı-satqısı ilə bağlı əldə edilən razılığı şərh edərkən deyib.
“İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır. Problem ondadır ki, Ukrayna daxili silahlı böhran yaşayır, daha doğrusu vətəndaş müharibəsi... Bu daxili böhran beynəlxalq miqyasa malikdir. Belə ki, bir sıra ölkələr və beynəlxalq təşkilatlar böhranın həlli üçün yalnız sülh yolunu müdafiə edirlər. Ona görə də, silahların Ukraynada yerləşdirilməsi daxili böhranın dərinləşdirilməsində amilə çevrilə bilməz”, - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, Ukraynanın “Ukrspeseksport” dövlət kompaniyası ilə Türkiyənin “Baykar Makina” kompaniyası arasında “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının alqı-satqısı barədə müqavilə imzalanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 367 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]