Impera

XƏBƏR LENTİ
17:50Rusiya “İsgəndər”ləri Ukraynanın 430 km-liyinə yığdı - Foto17:31Belarus beynəlxalq arenada böyük rol oynamağa başlayır – Lukaşenko17:26Azərbaycandan oğurlanan pullar Britaniyada müsadirə oluna bilər17:18Rusiya XİN-dən Bakıya qarşı – Yeni bəyanat17:10Avropadan Bakıya hücuma start verildi16:55Ukraynadan Rusiyaya əzələ nümayişi - “Pion”lar Donbasa tuşlandı16:4420 nazir istefaya hazırlaşır23:15İtkin düşən kapitanın axtarışları dayandırıldı23:10İlham Əliyev güc strukturlarına üç ay vaxt verdi – İslahat...23:04"Anormal, standart talançı, görməmiş"...- Nikol Azərbaycan dilində danışdı - Video21:23ŞOK: Bakıda misli görünməmiş restoran – HEÇKİM İNANMIR - FOTO19:13İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı18:58Türkiyə terrorçularla əlaqəli holland jurnalisti deportasiya etdi18:33Ölkədə yaşanan bütün proseslər dövlət çevrilişini yaxınlaşdırır.18:17Bayıl qəsəbəsində işıq dirəyi yük maşınının üstünə aşıb.17:47Usubov müşavirə keçirdi, tapşırıq verdi - Foto17:42Novxanı bələdiyyə sədri oğru ilə əlbirdir?10:29Gürcüstanda dövlət bayrağı endirildi - Sayğı10:24İŞİD ABŞ hərbçilərinə hücum etdi: 18 ölü...10:01İsrail "qaşınır" - ABŞ-dan sonra...09:55Ukraynada prezidentliyə namizədlərdən biri korrupsiyaya görə həbsdə olmuş azərbaycanlıdır23:38Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitinə hazırlaşır - Lavrov23:29Bakıda ZƏLZƏLƏ OLMAYACAQ - Rəsmi açıqlama23:06Biz Lavrovdan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" - XIN22:55Əgər Tramp geri dursa, bu, İŞİD-in qələbəsi olacaq - Ərdoğan17:38General-leytenant Ayk Kotancyan Paşinyanı hədələdi - Pis olacaq17:12Rəsulzadənin barelyefi tapıldı- Bələdiyyə "oğurlayıbmış"16:56Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam16:51Qırğızıstanda rus dilinin ləğvi təklif edildi16:47Xəstəxanalar da tam hazır vəziyyətə gətirildi- Nazirlik16:43Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət16:36Menbiçdə dəhşətli partlayış: 5 ABŞ hərbçisi öldü13:39Əgər konkret detallar razılaşdırılsa....- Paşinyan Qarabağla bağlı ilk legitim danışıqlara başlayır13:32Paşinyanla Əliyev arasında heç bir fikir ayrılığı yoxdur – Ruben Rubinyan13:15Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat10:11ABŞ-dan Venesuelaya zərbə-Legitim saymır...10:06Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər09:48Dövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi09:40ABŞ Rusiya silahının gücünü qiymətləndirə bilmir-Devid Aks22:44Avtobus gözləyərkən, hərəkətdə olarkən... - XƏBƏRDARLIQ22:36Türkiyə qərarında qətidir - S-400...22:27İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS22:16Sürəti saatda 70 km-ə çatan külək Türkiyədə fəsad törətdi22:10Fərəh Əliyeva komissiya sədri, nazir Əbülfəs Qarayev isə onun müavini təyin edildi - Fərman21:55Ukrayna gəmiləri Kerçdən keçəcək - NATO və ATƏT...21:49Paşinyan Gürcüstana qeyri-rəsmi səfər etdi - Foto09:586 saatdan az, 8 saatdan çox yatan insanların "baş bəlası"- Təhqiqat09:47İŞİD döyüşçüləri Nigeriyanın şimal-şərqində Ran şəhərini ələ keçiriblər.09:34Usubov generalların yerini dəyişdi - Yeni təyinat09:21ABŞ NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərini çox diqqətli bir şəkildə ölçüb-biçməlidir - Çokar09:13Türkiyə də ABŞ tərəfindən yaradılan və İsrailin də fəal olduğu "Cənub cəbhəsi"-nin hədəfindədir - Cingiz Tomar00:08Tramp Ərdoğanla Suriya ilə bağlı razılığa gəldi00:04Bakı Azərbaycanın paytaxtıdır, yoxsa?.. - Tahir Kərimli23:35PKK AB üçün tamamilə terror qruplaşmasıdır - Qərar23:27"Araz Əlizadə də səviyyəsiz, hədsiz dərəcədə barbardır" - Zərdüşt Əlizadə21:11ABŞ PYD-nin təhlükəsizliyini təmin etmədən Suriyadan çıxan deyil - PKK dövləti yaradılır - Ekspert20:56Sürücüm tualetdə olub,.. mənə qarşı kim bunu edib... - Azərbaycanlı müğənni20:02Abşeronda yeniyetmə qız yoxa çıxıb - FOTO19:56CHP oynanılan böyük oyunu görmürsə... - Qurtulmuş19:52Rusiya-Ukrayna müharibəsi...- Xəfiyyə19:47Bıçaqlanan mer xəstəxanada öldü15:293 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar14:26Belə qeyrətsiz adamı, yaxşı ki, öldürdüm - Məhkəmə istintaqı...14:19Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı13:42İlham Əliyev və xanımı yeni xəstəxananın açılışında - Foto13:38Boltonun İrana zərbə endirmək təklifi provokasiyadır - ABŞ MN12:11İŞİD-in PKK və YPG ilə heç bir fərqi yoxdur - Trampın təhdidinə cavab - Video12:06Bakı bulvarından BDU-ya - Maraqlı təyinat12:02İrəvanda kürd əsilli deputat yeni parlamentin açılışını etdi11:54İranda "Boinq 707" yük təyyarəsi qəzaya düşdü- 10 ölü - Foto/Video11:45YUNESKO ensiklopediyasına düşən alimimiz11:3327 yaşlı gənci taksidə döyüb öldürdülər - Dəhşət20:35Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi20:27Bakıda dəhşətli qəza, ölənlər var20:12ABŞ Qətərdə hərbçilərinin sayını artırır20:09İngilislər Rayan Babel üçün Türkiyəyə 2 milyon avro ödəyəcək20:04İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova19:59Avropada böyük müsəlman dövləti yaranır-Balkan böhranı15:57Gürcüstanda Azərbaycanlı qız anasını onu bıçaqlamağa vadar edib14:24Şirvanda iki avtomobil toqquşdu — Yaralılar var14:16Azərbaycan da FETÖ-çu generalı istintaqa cəlb etdi14:08Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır: Dünya liderliyini itiririk - İvo Daalder14:02Adnan Oktar həbsxana şəraitindən Ərdoğana məktub ünvanladı13:57Biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq - Heydər Əliyev Hafiz Əsəddən...istəyib13:42Suriya və başqa ölkələrdə minlərlə hədəfə hücum təşkil etmişik12:57Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə etmək niyyətində deyil - “Nəşnl İnterest”12:50Knyazın qəbri də Varfolomeyə verilir - Ukrayna22:18Ramil Usubovdan komandirlərə tələb - Foto22:11Rusiyanın kosmosla əlaqəsi kəsildi21:26Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...21:21Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir - Tramp18:52Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı18:48DGK-nın iki vəzifəli əməkdaşı həbs olundu18:37Pompeo Obamanı təhqir etdiyinə görə utanmalıdır – Brennan18:28"Nəticələrini gözləməyə çağırıram" -Azay Quliyev Mehmanla bağlı müraciət yaydı13:46Azərbaycana ilin ilk medallarını karateçilər qazandırdı13:28Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı13:25Zaxarova 1941-də bir almanı SSRİ-yə gəldiyinə görə Sibirə göndərərdi - Kamran Rüstəmov13:15"Dərviş" Parisi partlatdı - Foto10:24ABŞ hərbi gəmilərini Suriyaya göndərdi
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Cəmiyyət xeyir və şəri ayıra bilmirsə, böhran davam edəcək-Sərdar Cəlaloğlu

08 yan 2019, 12:49   
Cəmiyyət xeyir və şəri ayıra bilmirsə, böhran davam edəcək-Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cəmiyyəti düşündürən bir sıra dəyərli fikirlər irəli sürüb. Altun.az Yeni Musavat.com saytına istinadən həmin müsahibəni oxucularına təqdim edir.
"Partiya sədrindən tolerantlıqla bağlı ilginc açıqlamalar: “Biri radikal yol tutur, hamı ona ”ura “deyir, amma bilmirlər ki, bu yol onun ailəsini, uşağını məhv edəcək”
Azərbaycan heç zaman ideoloji və dini mübarizələrin poliqonuna çevrilməyib.
Bu coğrafiyada sol-sağ qarşıdurmaları, millətçilərlə anarxistlərin toqquşmaları, müxtəlif dini təriqətlərin münaqişəsi müşahidə edilməyib. Küçələrdə divarlara yazılmış antikapitalizm şüarları və ya millətçilik əleyhinə sözlərə rast gələ bilməzsiniz.
Məsələn, Türkiyədə 1960-cı illərdən başlayan və xüsusən 80-ci illərdə mürəkkəb bir prosesə çevrilən toqquşmalarda yüzlərlə solçu qətlə yetirilib, edam edilib, millətçilər öldürülüb. Eyni zamanda Almaniyada, Fransada, bəzi Latın Amerikası ölkələrində ideoloji qarşıdurmalar bu gün də yaşanır.
Hazırda Avropanın, Türkiyənin şəhərlərində elə küçələr, məhəllələr var ki, solçu qrupların nəzarətindədir, hətta polis belə ora girməyə cəsarət eləmir.
Avropada, Latın Amerikası ölkələrində isə bu ideoloji mübarizə seçkilərin nəticələrinə təsir edir.
Gah radikal millətçilər, gah kommunistlər parlamenti götürür, gah liberal prezident seçilir, gah sosial-demokrat iqtidara gəlir.
Bu baxımdan Azərbaycan çox fərqlənir. Bizdə ideoloji qrupların, təşkilatların tarixi kökləri olmayıb, sol-sağ davaları fanatik həddə çatmayıb.
Həmçinin Azərbaycanda dini nöqteyi-nəzərdən qızğın, gərgin müzakirələr, maneələr yoxdur. Şiələrin üstünlük təşkil etdiyi bölgələrlə sünni əyalətləri arasında heç zaman fitnə-fəsad yaşanmayıb. Eyni sözləri etnik aspektdən də söyləmək olar.
Azərbaycanda yaşayan talış, ləzgi, tat, avar və digər millətlərlə azərbaycanlı türklər arasında əsla münaqişələr, davalar olmayıb.
“Cəmiyyət hətta ADP-nin müxalifətçiliyi ilə AXCP-nin müxalifətçiliyini ayıra bilmir”

Əksinə, bu münasibətlərin tarixi kökü o qədər dərin və qopmazdır ki, bir talışla və ya bir avarla bir türkün ailə qurmasında heç bir problem yaşanmır.
- Bu məsələyə iki müstəvidə baxılmalıdır: birincisi, Azərbaycan sinifsizləşdirilib. Cəmiyyət elə formalaşdırılıb ki, iş adamları da, tələbələr də, alimlər də işsizlər, yoxsullar ordusuna qoşulub.
Fəhlə sinfi o zaman formalaşır ki, zavod-fabriklər işləyir, həmkarlar ittifaqları yaranır. Bizdə isə istehsalda tənəzzül var. Belə olan halda hansı sinfi mübarizə yaxud ideoloji təşkilatlanma baş verə bilər?!
- Eynilə etnik-dini qarşıdurma, problemlər də olmayıb...

- Buna fərqli yanaşmaq lazımdır. Etnik-dini qarşıdurma olmaması Azərbaycan türklərinin hədsiz dözümlüyünün nəticəsidir.
Bizdə başqa dinlərə, xalqlara hörmətlə yanaşmaq əvvəldən olub. Tarixdə Osmanlıya, Moğollara, Səfəvilərə, lap elə Şeybanilərə nəzər yetirəndə görürük ki, etnik qruplara təzyiq olmayıb.
Bu, türklərin azad xarakterindən irəli gələn məsələdir. Türklər azad olduqlarına görə başqa xalqların da azadlığını istəyiblər.
Ona görə Osmanlı əraziləri fəth edəndə oradakı xalqların din, dil və mədəniyyətinə dəyməyiblər. Bu, türklərin tolerantlığının nəticəsidir. Əgər çoxluq şovinizmə, millətçiliyə meyllənmirsə, azlıqla necə toqquşa bilər?
Avopada nasizm var. Məsələn, Fransada azsaylı xalqlar mübarizə aparır. Əgər çoxluq tolerantdırsa, niyə azlıq zorakılığa əl atsın ki?!
Sizə adi bir faktı deyim: Türkiyədə “Qalatasaray” klubunun 25 yaşlı azarkeşinin stadionda ürəyi partladı. Azərbaycanda partiyası üçün kimsə ölməyib. Ona görə də cəmiyyətdə hələ sosialistlə liberalı, kommunistlə dindarı ciddi şəkildə ayırmaq olmur.
Hegel yazır ki, insan elmdən qazandığı təcrübəni məişətdə tətbiq etməlidir. Bizdə elm toplayanla çoban məişətdə eyni cür yaşayırlar. Halbuki biri fərqli həyat yaşamalıdır. Heç kəs elmini həyatına tətbiq eləmir.
- Bunun bir səbəbini partiyalarda axtarmaq lazımdırmı, yəni ADP üzvləri və yaxud digər partiyalara qoşulanlar öz ideoloji xəttini bilmirlər, dərindən öyrənmirlər...
- Mən Azərbaycan Demokrat Partiyasının sədri kimi ideyaları təbliğ etmək üçün iki kitab yazmışam. Bundan artıq nə edə bilərik?
Başqa partiyaları deyə bilmərəm, amma bizim partiya üzvləri bəzən danışanda görürsən ki, liberal dəyərləri qəbul etmirlər. Azərbaycanda partiya üzvləri liderə bağlıdır, nəinki ideyalara. İdeyalara söykənsəydilər, bu gün başqa mənzərə olardı. Siz o vaxtkı müsavatçıların dinə, millətçiliyə baxışlarına fikir verin, bir də indikilərin.
Bizim partiya liberal-demokrat dəyərləri müdafiə edir. Amma bəziləri bu dəyərləri qəbul eləmirlər. Hətta bəzi üzvlərimiz partiyadan gediblər.
Liberalizmin nə olduğunu bilsələr anlayarlar ki, müxalifətçilik hansı mübarizə formasını tələb edir. Amma çoxu bunu satqınlıq, hökumətə işləmək kimi qəbul edir.
- Yəni partiyalarda şəxsiyyət faktoru ideologiyanı üstələyib və ona görə ideoloji çəkişmələr də olmayıb?

- Məsələn, biz Qandinin ideyalarını dəstəkləyiriksə, onun yazdıqları ilə tanış olmalıyıq. Qandi yazır ki, “zorakı mübarizə aparanlarla bir ola bilmərəm. Azad Hindistanı qeyri-azad yolla qurmaq olmaz”.
Biz bu fikirləri bəyan edəndə deyirlər ki, bunlar geri çəkilib, hökumətə satılıb. Cəmiyyət hətta ADP-nin müxalifətçiliyi ilə AXCP-nin müxalifətçiliyini ayıra bilmir.
Əli Kərimli keçən dəfə deyir ki, kim İlham Əliyevin adını çəkmirsə müxalifət deyil. Qandi isə yazır ki, ad çəkmək yox, ictimai bəlaların üstünə getmək lazımdır. Mən Qandi ideyalarının daşıyıcısıyam, ad çəkmək yox, prosesin üstünə getməyin tərəfdarıyam. Amma Əli Kərimli özünü Leninin davamçısı kimi aparır.
Necə ki, Lenin məmurları söyməklə məşğul idi, adlar çəkirdi. İndi biz bunu Əli Kərimlidə görürük. Qandi yazır ki, siyasi hadisələri şəxsiləşdirmək yol deyil. Baxın, neçə nazir dəyişib, həmin sahələrdə vəziyyət dəyişməyib. Deməli, problem şəxslərdən ibarət deyil. Marks deyirdi ki, maşın xarabdırsa, onu sürmək lazım deyil.
Bizdə siyasi maarifləndimə zəifdir deyə haqla nahaqqı qarışdırırlar. Mao Tszedun deyirdi ki, cəmiyyət xeyir və şəri ayıra bilmirsə, böhran davam edəcək.
İndi biri radikal yol tutur, hamı ona “ura ”deyir. Amma bilmirlər ki, bu yol onun ailəsini, uşağını məhv edəcək. Qandi ideyaları ondan ibarətdir ki, itkisiz yol gedək. Qandi: “ya fəaliyyət, ya nailiyyət”- deyirdi.
Bizdə çağırış edirsən ki, gəl mübarizə aparaq, deyir nailiyyət olmayacaq. Qandi isə hesab edir ki, nəticə oldu-olmadı seçkiyə gedin. Mən də nə qədər seçki var, gedəcəm".
OXŞAR MÖVZULAR