Impera

XƏBƏR LENTİ
17:50Rusiya “İsgəndər”ləri Ukraynanın 430 km-liyinə yığdı - Foto17:31Belarus beynəlxalq arenada böyük rol oynamağa başlayır – Lukaşenko17:26Azərbaycandan oğurlanan pullar Britaniyada müsadirə oluna bilər17:18Rusiya XİN-dən Bakıya qarşı – Yeni bəyanat17:10Avropadan Bakıya hücuma start verildi16:55Ukraynadan Rusiyaya əzələ nümayişi - “Pion”lar Donbasa tuşlandı16:4420 nazir istefaya hazırlaşır23:15İtkin düşən kapitanın axtarışları dayandırıldı23:10İlham Əliyev güc strukturlarına üç ay vaxt verdi – İslahat...23:04"Anormal, standart talançı, görməmiş"...- Nikol Azərbaycan dilində danışdı - Video21:23ŞOK: Bakıda misli görünməmiş restoran – HEÇKİM İNANMIR - FOTO19:13İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı18:58Türkiyə terrorçularla əlaqəli holland jurnalisti deportasiya etdi18:33Ölkədə yaşanan bütün proseslər dövlət çevrilişini yaxınlaşdırır.18:17Bayıl qəsəbəsində işıq dirəyi yük maşınının üstünə aşıb.17:47Usubov müşavirə keçirdi, tapşırıq verdi - Foto17:42Novxanı bələdiyyə sədri oğru ilə əlbirdir?10:29Gürcüstanda dövlət bayrağı endirildi - Sayğı10:24İŞİD ABŞ hərbçilərinə hücum etdi: 18 ölü...10:01İsrail "qaşınır" - ABŞ-dan sonra...09:55Ukraynada prezidentliyə namizədlərdən biri korrupsiyaya görə həbsdə olmuş azərbaycanlıdır23:38Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitinə hazırlaşır - Lavrov23:29Bakıda ZƏLZƏLƏ OLMAYACAQ - Rəsmi açıqlama23:06Biz Lavrovdan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" - XIN22:55Əgər Tramp geri dursa, bu, İŞİD-in qələbəsi olacaq - Ərdoğan17:38General-leytenant Ayk Kotancyan Paşinyanı hədələdi - Pis olacaq17:12Rəsulzadənin barelyefi tapıldı- Bələdiyyə "oğurlayıbmış"16:56Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam16:51Qırğızıstanda rus dilinin ləğvi təklif edildi16:47Xəstəxanalar da tam hazır vəziyyətə gətirildi- Nazirlik16:43Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət16:36Menbiçdə dəhşətli partlayış: 5 ABŞ hərbçisi öldü13:39Əgər konkret detallar razılaşdırılsa....- Paşinyan Qarabağla bağlı ilk legitim danışıqlara başlayır13:32Paşinyanla Əliyev arasında heç bir fikir ayrılığı yoxdur – Ruben Rubinyan13:15Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat10:11ABŞ-dan Venesuelaya zərbə-Legitim saymır...10:06Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər09:48Dövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi09:40ABŞ Rusiya silahının gücünü qiymətləndirə bilmir-Devid Aks22:44Avtobus gözləyərkən, hərəkətdə olarkən... - XƏBƏRDARLIQ22:36Türkiyə qərarında qətidir - S-400...22:27İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS22:16Sürəti saatda 70 km-ə çatan külək Türkiyədə fəsad törətdi22:10Fərəh Əliyeva komissiya sədri, nazir Əbülfəs Qarayev isə onun müavini təyin edildi - Fərman21:55Ukrayna gəmiləri Kerçdən keçəcək - NATO və ATƏT...21:49Paşinyan Gürcüstana qeyri-rəsmi səfər etdi - Foto09:586 saatdan az, 8 saatdan çox yatan insanların "baş bəlası"- Təhqiqat09:47İŞİD döyüşçüləri Nigeriyanın şimal-şərqində Ran şəhərini ələ keçiriblər.09:34Usubov generalların yerini dəyişdi - Yeni təyinat09:21ABŞ NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərini çox diqqətli bir şəkildə ölçüb-biçməlidir - Çokar09:13Türkiyə də ABŞ tərəfindən yaradılan və İsrailin də fəal olduğu "Cənub cəbhəsi"-nin hədəfindədir - Cingiz Tomar00:08Tramp Ərdoğanla Suriya ilə bağlı razılığa gəldi00:04Bakı Azərbaycanın paytaxtıdır, yoxsa?.. - Tahir Kərimli23:35PKK AB üçün tamamilə terror qruplaşmasıdır - Qərar23:27"Araz Əlizadə də səviyyəsiz, hədsiz dərəcədə barbardır" - Zərdüşt Əlizadə21:11ABŞ PYD-nin təhlükəsizliyini təmin etmədən Suriyadan çıxan deyil - PKK dövləti yaradılır - Ekspert20:56Sürücüm tualetdə olub,.. mənə qarşı kim bunu edib... - Azərbaycanlı müğənni20:02Abşeronda yeniyetmə qız yoxa çıxıb - FOTO19:56CHP oynanılan böyük oyunu görmürsə... - Qurtulmuş19:52Rusiya-Ukrayna müharibəsi...- Xəfiyyə19:47Bıçaqlanan mer xəstəxanada öldü15:293 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar14:26Belə qeyrətsiz adamı, yaxşı ki, öldürdüm - Məhkəmə istintaqı...14:19Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı13:42İlham Əliyev və xanımı yeni xəstəxananın açılışında - Foto13:38Boltonun İrana zərbə endirmək təklifi provokasiyadır - ABŞ MN12:11İŞİD-in PKK və YPG ilə heç bir fərqi yoxdur - Trampın təhdidinə cavab - Video12:06Bakı bulvarından BDU-ya - Maraqlı təyinat12:02İrəvanda kürd əsilli deputat yeni parlamentin açılışını etdi11:54İranda "Boinq 707" yük təyyarəsi qəzaya düşdü- 10 ölü - Foto/Video11:45YUNESKO ensiklopediyasına düşən alimimiz11:3327 yaşlı gənci taksidə döyüb öldürdülər - Dəhşət20:35Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi20:27Bakıda dəhşətli qəza, ölənlər var20:12ABŞ Qətərdə hərbçilərinin sayını artırır20:09İngilislər Rayan Babel üçün Türkiyəyə 2 milyon avro ödəyəcək20:04İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova19:59Avropada böyük müsəlman dövləti yaranır-Balkan böhranı15:57Gürcüstanda Azərbaycanlı qız anasını onu bıçaqlamağa vadar edib14:24Şirvanda iki avtomobil toqquşdu — Yaralılar var14:16Azərbaycan da FETÖ-çu generalı istintaqa cəlb etdi14:08Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır: Dünya liderliyini itiririk - İvo Daalder14:02Adnan Oktar həbsxana şəraitindən Ərdoğana məktub ünvanladı13:57Biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq - Heydər Əliyev Hafiz Əsəddən...istəyib13:42Suriya və başqa ölkələrdə minlərlə hədəfə hücum təşkil etmişik12:57Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə etmək niyyətində deyil - “Nəşnl İnterest”12:50Knyazın qəbri də Varfolomeyə verilir - Ukrayna22:18Ramil Usubovdan komandirlərə tələb - Foto22:11Rusiyanın kosmosla əlaqəsi kəsildi21:26Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...21:21Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir - Tramp18:52Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı18:48DGK-nın iki vəzifəli əməkdaşı həbs olundu18:37Pompeo Obamanı təhqir etdiyinə görə utanmalıdır – Brennan18:28"Nəticələrini gözləməyə çağırıram" -Azay Quliyev Mehmanla bağlı müraciət yaydı13:46Azərbaycana ilin ilk medallarını karateçilər qazandırdı13:28Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı13:25Zaxarova 1941-də bir almanı SSRİ-yə gəldiyinə görə Sibirə göndərərdi - Kamran Rüstəmov13:15"Dərviş" Parisi partlatdı - Foto10:24ABŞ hərbi gəmilərini Suriyaya göndərdi
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

ŞOK: "Rusiya ikinci Əfqanıstan münaqişəsinə cəlb edililir..."

03 yan 2019, 23:33   
ŞOK: "Rusiya ikinci Əfqanıstan münaqişəsinə cəlb edililir..."

ABŞ ordusunun Suriyadan çıxarılması İranla bağlı hazırlanan planın tərkib hissəsidir.
Altun.az Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:
- Sərdar bəy, ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarmasını necə izah etmək olar?
- ABŞ uzun illərdir ki, Suriyada hərbi baxımdan mövcud idi. Üstəlik, Yaxın Şərqdə əsas oyunçulardan biri hesab olunurdu. Suriyada ABŞ-la yalnız Rusiya müəyyən qədər rəqabət aparmaq imkanına malik idi. Ancaq 2018-ci ilin sonlarında Prezident Tramp qəfil elan etdi ki, ABŞ əsgərlərini Suriyadan çıxarmaq haqqında qərar qəbul edib. İlkin məlumat budur ki, ABŞ hərbi pesonalı qarşıdan gələn 3 ay ərzində Suriya hüdudlarını tərk edəcək. Tramp elan etdi ki, Suriyada İŞİD-ə sarsıdıcı zərbə vurulub, terror təşkilatı darmadağın edilib. Onun qalıqlarını isə Türkiyə və digər dövlətlər sıradan çıxaracaq. Məncə, bu, məsələlərin görünən tərəfidir. Əslində ABŞ-ın Suriyanı tərk etməsi İranla bağlı planlardan qaynaqlanır. Hesab edirəm ki, ABŞ həm Suriya, həm də İranla bağlı eyni anda fəaliyyət göstərməyi ciddi nöqsan hesab edir. Bu səbəbdən də Suriyanı tərk edir və yaxın gələcəkdə, əsasən, İran üzərində fokuslaşacaq. Hesab edirəm ki, ABŞ ordusunun Suriyadan çıxarılması İranla bağlı hazırlanan planın tərkib hissəsidir.
- ABŞ-ın Əfqanıstanı da tərk etmək istəyi nədən qaynaqlana bilər?
- Əfqanıstan kifayət qədər mübahisəli ərazidir. Bir vaxtlar Rusiya oranı tərk etdi və bura ABŞ daxil oldu. Görünür, ABŞ istəyir ki, Rusiyanı ikinci Əfqanıstan münaqişəsinə cəlb etsin. ABŞ-ın əsas siyasəti çox sadədir: nisbətən zəif dövlətləri hərbi münaqişəyə cəlb etmək, dövlət büdcəsini həmin münaqişəyə xərcləməyə sövq etməklə onu çökdürmək. Məsələn, SSRİ Əfqanıstana daxil olmuşdu, amma Əfqanıstandan çıxanda artıq SSRİ faktiki dağılmışdı. İranın özü Yəməndə, Liviyada, Suriyada və digər nöqtələrdə “Hizbullah”ı dəstəkləyir. Bu, İran dövlət büdcəsinin böyük bir hissəsini udur. Yəni, ABŞ münaqişələr yaratmaq və istədiyi ölkəni buna cəlb etməklə onu zəiflədir. Məsələn, Ukrayna münaqişəsi yaradılıb və adama elə gəlir ki, burada Ukrayna tərəfi ciddi şəkildə uduzur. Amma qlobal səviyyədə Rusiya Ukraynada nə qədər çox hərbi əməliyyatlar aparsa, separatçılara hər cür dəstək versə, büdcə bir o qədər yüklənəcək. İndi də ABŞ Əfqanıstandan çıxmaqla bir boşluq yaradacaq, Rusiya isə bu boşluğu doldurmaq üçün nəticəsiz cəhdlərə başlayacaq. Beləcə, Rusiya ikinci Əfqanıstan münaqişəsinə cəlb ediləcək. Nəzərə alın ki, ABŞ Əfqanıstandan çıxdıqdan sonra faktiki burada yaranan vəziyyət Rusiyanı ciddi təhdid edəcək. Odur ki, Rusiya məcbur olub proseslərə müdaxilə edə bilər. Beləcə Rusiya Ukraynada, Yaxın Şərqdə, Əfqanıstanda münaqişəyə cəlb edilməklə, iqtisadi baxımdan ciddi itkilərə məruz qalacaq. Bunu İranla bağlı da demək olar. İran körfəzində ABŞ-ın güclənməsi, Əfqanıstanda aranın qatışması İran üçün böyük təhlükədir. Üstəlik, Əfqanıstanda yaranan vəziyyətin müəyyən mənada Pakıstana da təsiri olacaq. Beləliklə də, İran ətrafında destabilizasiya olunmuş böyük zona yaranacaq. Bu da İranın xarici iqtisadi əlaqələrinə ciddi təsir edəcək, həm də qığılcım hər an İranın daxilinə sıçraya bilər. Nəzərə alın ki, İranda əfqanlar, puştunlar, ərəblər yaşayır. Yəni, asanlıqla İrana xaricdən idxal olunan münaqişələr yaradıla bilər.
ABŞ-a qarşı müttəfiq olan Rusiya və İranın Əfqanıstanda maraqları toqquşa bilər
Fikrimcə, ABŞ-ın Suriya və Əfqanıstanla bağlı son siyasətindən bu nəticələri çıxarmaq olar. ABŞ uzun illərdir ki, Əfqanıstanda mövcuddur, orada özünə sərf edən rejim yarada bilib. Qəfildən niyə Əfqanıstanı tərk etməlidir? Bütün sadaladıqlarım göstərir ki, ABŞ daha çox İran ətrafında destabilizasiya olunmuş zona yaratmaq istəyir ki, bu yolla onu ram etsin. Üstəlik Rusiyanı zəiflətsin. Hətta elə şərait yarana bilər ki, indi ABŞ-a qarşı müttəfiq olan Rusiya və İranın Əfqanıstanda maraqları toqquşa bilər.
- ABŞ prezidenti elan etdi ki, generalları Əfqanıstan üçün nə tələb edibsə, hamısını verib, lakin orada heç nəyə nail olunmayıb. Tramp xüsusilə qeyd edir ki, SSRİ kimi dövlət Əfqanıstana daxil olsa da, oranı tərk edəndə Rusiyaya çevrilməli oldu. Hətta əlavə edir ki, orada Pakistan, Hindistan və digər dövlətlər var. Bununla Prezident Tramp nələrə işarə edir?
- Bu saat ABŞ Rusiya və Çinlə rəqabət aparır. Trampın adını çəkdiyi ölkələrin bəziləri Rusiyanın, bəziləri Çinin yanındadır. Məncə, Trampın məqsədi rəqabət apardığı ölkələri münaqişəyə cəlb etməkdir. Nəyə görə, Hindistan gəlib Əfqanıstanda müharibə aparmalıdır? Əfqanıstanda radikal dini dövlətin yaranmasının Hindistana və ya Çinə nə aidiyyəti var? Məncə, məqsəd, oradakı hadisələrin eskalasiya edilib qonşu dövlətlərə sirayət etdirilməsidir. Həm də dil siyasətçinin fikirlərini gizlətmək üçün lazımdır, danışmaq üçün deyil. Əgər söhbətdə Hindistanın və ya Pakistanın adı çəkilirsə, deməli məqsədlər çoxtərəfli, proses isə geniş olacaq. Üstəlik ABŞ xaricdə müharibə vəziyyətində qoşunlarını geri çəkməklə, həm də dünya iqtisadi böhranı çərçivəsində öz daxilindəki krizin də qarşısını almış olur. Təsəvvür edin, ABŞ hər əsgərə yüz minlərlə dollar xərc qoyur. Təkcə İraq müharibəsi üçün 50 milyarddan çox vəsait xərclənib. Əfqanıstana 100 milyarddan çox pul xərcləndi. İndi ABŞ əsgərlərini geri çəkməklə həm də xərclərinin qarşısını alır. Məsələn, ABŞ tələb edirdi ki, Suriyada olan əsgərlərinin xərclərini Səudiyyə çəksin. Çünki o qədər böyük hərbi xərclərdir ki, ABŞ bunu başqa ölkələrin çəkməsini istəyir. Bu, alınmayanda isə deyir ki, buyurun, gedin, özünüz orada iştirak edin.
- İranla bağlı durum hansı ssenari üzrə inkişaf edəcək?
- Məncə, İranı Suriya və ya İraqın vəziyyətinə salmaq istəmirlər. Sadəcə, Tramp Şimali Koreya ilə olduğu kimi, İran rəhbərliyi ilə də danışaraq, bəzi məsələlərdə şərtləşmək niyyətindədir. Bu səbəbdən də təzyiqlər edir. Odur ki, İranı parçalamaq, dağıtmaq, sıradan çıxarmaq kimi bir niyyət yoxdur. Məqsəd İranın siyasətinə təsir etmək, onu dəyişdirməkdir.
- İndiki halda Yaxın Şərqdə Türkiyənin rolu və gələcək perspektivini necə qiymətləndirirsiniz?
- Türkiyənin Yaxın Şərq siyasətinin yalnız bir izahı var-özünü qorumaq. Türkiyə ABŞ və ya İran kimi hansısa bölgədə siyasi, silahlı qüvvələrə dəstək vermək, prosesə müdaxilə etmək yolunu tutmayıb. Türkiyə, sadəcə, özünün müstəqilliyinə və dövlət təhlükəsizliyinə təhdid yaradan halları aradan qaldırmaq üçün bəzən əməliyyatlar aparır. ABŞ Suriyada olanda açıq formada PKK-ya dəstək verir, onu silahlandırırdı. Artıq ABŞ faktiki Suriyada yoxdur. Deməli PKK-ya silah verən, ona təlim keçən olmayacaq. Bu səbəbdən PKK istər-istəməz Türkiyə üçün real təhlükə törətməyəcək. Üstəlik, məcbur olub Əsəd rejimi və ya ruslarla danışığa getməli olacaq. Digər tərəfdən, Türkiyə Menbiçə daxil olarkən, az itki verməklə böyük effekt əldə etmək niyyətindədir. Odur ki, indi təzyiqi artırır. Hesab edirəm ki, Türkiyə çox düzgün siyasət aparır, fəaliyyətində BMT-nin əsasnaməsini əsas götürür. Nəzərə alın ki, II Dünya Müharibəsi zamanı SSRİ də bu ad altında İrana daxil olmuşdu. Bu baxımdan, əgər sabah Menbiçdə Türkiyə üçün təhdid yaranarsa, ordu əməliyyata başlayacaq. Ancaq hazırda Türkiyə prosesi müşahidə edir və böyük ehtimalla bu proses onun xeyrinə başa çatacaq. Məlumatlar var ki, terrorçular olduğu əraziləri Bəşər Əsədə təhvil verir. Rejim də Rusiyanın təsiri altındadır. Deməli, mümkündür ki, oradan Türkiyə üçün problem olmasın. Mümkün görünən problemi də Əsəd rejimi aradan qaldırsın. Əslində bu məsələlərə Türkiyə-Suriya aspektindən deyil, Rusiya-Türkiyə, ABŞ-Türkiyə aspektində baxılmalıdır. Bu yaxınlarda Türkiyə prezidenti Rusiya prezidenti ilə görüşəcək. Yəni proseslər Ankaranın arzu etdiyi istiqamətdə gedir.