altun.az

Gürcüstan Prezidenti S.Zurabişvili komanda üzvlərini təqdim edib

24-12-2018, 19:48

Gürcüstan Prezidenti S.Zurabişvili komanda üzvlərini təqdim edib

Gürcüstan Prezidenti Salome Zurabişvili müşavirləri və komandasının bəzi üzvlərini təqdim edib.
Altun.az-ın verdiyi xəbərə görə, Laşa Jvania Prezident Administrasiyasının rəhbəri təyin olub.
Administrasiyanın rəhbər müavini Ketevan Maxaraşvili olacaq. O, həmçinin Gürcüstan Prezidentinin milli azlıqlar və gender bərabərliyi ilə bağlı fəaliyyətini də koordinasiya edəcək. K.Maxaraşvili müvəqqəti olaraq mətbuat katibi vəzifəsini də icra edəcək.
Prezidentin parlament üzrə katibi Dmitri Qabunia, məhdud imkanlı şəxslərin işi üzrə müşaviri Simon Petridis, diaspor və vətəndaşlıq üzrə müşaviri Natia Sulava təyin olunub.
Dövlət başçısı həmçinin hərbi məsələlər, ictimaiyyətlə əlaqələr, mədəniyyət, təhsil və elm sahələri üzrə də müşavirlərini təqdim edib.
Qeyd edək ki, K.Maxaraşvili bu vaxta qədər Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin direktoru olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 381 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]