altun.az

Əhali kriminal rejimin mövcudluğundan bezib - T.Gəncəliyev

21-12-2018, 19:49

Əhali kriminal rejimin mövcudluğundan bezib - T.Gəncəliyev

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sərkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb. Orada yaşayan erməni əhalisi, yəni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin işğalı altındadır, onlar total nəzarət altında saxlanılır və bütün hüquqlardan məhrum ediliblər.
Altun.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib.
O deyib:
“Ermənistan əhalisi bu ilin aprelində meydana çıxan kütləvi etiraz aksiyaları vasitəsilə Sərkisyan rejimini hakimiyyətdən saldı. Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimin mövcudluğundan bezmişdir.
Dağlıq Qarabağın Azərbaycanlı icmasının mövcudluğunu belə inkar edən qondarma rejimin nümayəndəsi David Babayana xatırlatmaq istərdim ki, danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunublar. Dağlıq Qarabağın Azərbaycan icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin olunmadan, münaqişənin ədalətli və davamlı həlli mümkün deyildir.
Serj Sərkisyan rejimi hər bir vəchlə iki icma arasında dialoqun yaradılmasına maneə olurdu və imkan vermirdi. Hesab edirik ki, bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgə yaşayış təşviq olunmalıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 261 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com