altun.az

Prezident parlamentə müraciət etdi

21-12-2018, 16:18

Prezident parlamentə müraciət etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentə müraciət edərək, ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümünün tədqiqatının uzadılmasını xahiş edib.
Altun.az xəbər verir ki, o, bununla bağlı parlamentə tapşırıq vermək səlahiyyətinin olmadığını anladığını, amma buna rəğmən Qamsaxurdiya ailəsinin bu məsələ ilə bağlı tələblərinə dəstək olduğunu bildirib.
Qeyd edək ki, Zviad Qamsaxurdiya 1993-cü ildə Cixaşkari kəndində müəmmalı şəraitdə ölüb. Gürcüstan hökumət rəsmilərinin həmin dövrdəki açıqlamalarına əsasən, Qamsaxurdiya intihar edib. 2015-ci ildə isə Gürcüstan Baş Prokurorluğu cinayət işində intihar maddəsini qətl maddəsi ilə əvəz edərək, tədqiqata yenidən başlayıb.
31 dekabrda cinayətin baş verməsindən 25 il keçəcək. Gürcüstan qanunvericiliyinə görə, bu qədər müddətdən sonra əgər Qamsaxurdiyanın ölümü ilə bağlı günahkar tapılsa belə, onu həbs etmək mümkün olmayacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 214 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com