altun.az

Biz, hər kəsi yaxşı tanıyırıq, o cümlədən, onu da--Siyavuş Novruzov yıxıb-sürüdü

18-12-2018, 17:40

Biz, hər kəsi yaxşı tanıyırıq, o cümlədən, onu da--Siyavuş Novruzov yıxıb-sürüdü

Deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib.
Altun.az xəbər verir ki, o, parlamentin plenar iclasında çıxış edən S.Novruzov həmin şəxsin iki gündən bir “Yeni Müsavat” qəzetinə çıxaraq, iki səhifəlik müsahibə verib, deputatları ittiham etməsini bildirib:
“O, Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər etmişəm. Onu etmişəm, bunu etmişəm… Biz, parlament üzvləri olaraq, hər kəsin fəaliyyəti ilə yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç üç faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır.
İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb, ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən, onu da”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 366 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]