altun.az

Rusiya Ukraynada məğlub olacaq - Xerbst

6-12-2018, 17:37

Rusiya Ukraynada məğlub olacaq - Xerbst

Kreml Ukrayna dövlətinin indiki rəhbərliyini dəyişmək üçün hər şeyi edir.
Altun.az xəbər verir ki, bunu “Ukrinform” saytına açıqlamasında ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Xerbst deyib. Onun sözlərinə görə, Moskva bu dəyişikliyi, prezident seçkisində olmasa belə, parlament seçkisində həyata keçirmək istəyir:
“Heç bir şübhə yoxdur ki, Moskva Ukraynanın dövlət rəhbərliyinə Kremlin maraqlarına daha uyğun şəxs gətirməklə siyasətini gerçəkləşdirmək istəyir. İnanmıram ki, onlar istəklərinə prezident seçkisində nail olsunlar və ona görə də ümidlərini parlament seçkisinə bağlayıblar”.
O, Ukraynada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Putinin Ukraynada siyasətini əvvəlki kimi icra edə bilməyəcəyini, bu ölkəyə qarşı başlatdığı müharibəni udmayacağını söyləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 394 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]