altun.az

Əminəm ki, bizim insanlar dünyaya öz ləyaqətlərini göstərəcəklər – Saakaşvili

24-11-2018, 15:28

Əminəm ki, bizim insanlar dünyaya öz ləyaqətlərini göstərəcəklər – Saakaşvili

15 il əvvəl gürcü xalqı əsl möcüzə törətdi. İndi də inqilabın 15 illiyində Gürcüstana yenidən qulyabanı sahib olub.
Altun.az xəbər verir ki, bunu Feysbuk vasitəsilə videomüraciətində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Hər kəs düşünürdü ki, Şevardnadze məğlubedilməzdir, bu sistem daimidir, bizim ölkənin uğur qazanması üçün heç bir perspektivi yoxdur. O zaman xalq bu ümidsizliyi keçərək, ölkəni azad etdi. Qızılgül inqilabı Gürcüstanı dünya xəritəsinə qaytardı. Gürcüstan dünyanın birinci islahatçısı oldu, inkişafı başladı və gürcülərin vətənə dönüşünə start verildi.
İndi inqilabın 15 illiyində biz böyük çağırışlarla üz-üzəyik. Gürcüstanı yenidən qulyabanı zəbt edib. Şevardnadzenin köhnə kadrlarının çoxu geri dönüb, köhnə sistem qayıdıb. Əminəm ki, bizim insanlar dünyaya öz ləyaqətlərini göstərəcəklər və həqiqətən hər kəsi təəccübləndirəcəklər”, – deyə o bildirib.
Qeyd edək ki, 28 noyabrda Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçkidə birləşmiş müxalifətin namizədi Vaşadze və hakim Gürcü Arzusunun dəstəklədiyi müstəqil namizəd Zurabişvili mübarizə aparacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 254 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com