altun.az

Parisdə anım mərasiminə bu iki lider gecikdi

12-11-2018, 00:02

Parisdə anım mərasiminə bu iki lider gecikdi


Parisdə keçirilən Birinci Dünya müharibəsinin başa çatması ilə bağlı Yüzillik Mərasimə iki dövlət başçısı gecikib.

Altun.az xəbər verir ki, bunlardan biri ABŞ Prezidenti Donald Trampdır. O, Femen qrupu üzvünün prezidentin karteji önünə çıxması səbəbindən bir neçə dəqiqə gecikib.

Rusiya Prezidenti Vladimir Putin isə ənənəsinə sadiq qalaraq, mərasimə ən gec qatılan lider olub. Bildirilir ki, Putinin təyyarəsi gecikdiyi üçün o, hava limanından birbaşa mərasimə gəlib.

Qeyd edək ki, 70-dən çox dövlət və hökumət rəhbərinin qatıldığı mərasimin açılış marşını yalnız bu iki lider buraxıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 335 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]