altun.az

Benyamin Netanyahu və xanımı Sara evindəki ziyafət zamanı Yaponiya baş nazirini təhqir edib

7-05-2018, 19:57

Benyamin Netanyahu və xanımı Sara evindəki ziyafət zamanı Yaponiya baş nazirini təhqir edib

İsrailə rəsmi səfər edən Yaponiya Baş naziri Şinzo Abe israilli həmkarı Benyamin Netanyahu və xanımı Saranın evindəki ziyafətdən narahat olub.
Altun.az xəbər verir ki, bu açıqlama ilə adı açıqlanmayan bir yapon diplomat çıxış edib.
"Netanyahunun evindəki ziyafətdə məşhur rusiyalı dirijor Sergey Moşenin metaldan düzəldilmiş ayaqqabıda Abe cütlüyünə şirniyyat təqdim etməsindən sonra narahatçılıq yarandı. Masaya ayaqqabının qoyulması kimi bir mədəniyyət dünyanın heç bir yerində yoxdur. Moşenin tam olaraq nə düşündüyünü və nə deməyə çalışdığını, tam olaraq, anlaya bilmirik. Bunun komik olduğunu da düşünürük. Bu durumun baş nazirimiz üçün təəssüfedici olduğunu düşünürük", - yapon diplomat vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 716 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]