altun.az

ABŞ sanksiyaları ilə əlaqələndirilmiş yeni sanksiyalarımız Rusiyanın fiziki və hüquqi şəxslərinə yönəlib - Pyotr Poroşenko

2-05-2018, 22:07

ABŞ sanksiyaları ilə əlaqələndirilmiş yeni sanksiyalarımız Rusiyanın fiziki və hüquqi şəxslərinə yönəlib - Pyotr Poroşenko

Ukrayna hökuməti ABŞ-ın Rusiyalı iş adamlarına qarşı qəbul etdiyi anoloji sanksiyaları tətbiq etməyi və Kiyevin əvvəl qəbul etdiyi sanksiyaların müddətini uzatmağı qərara alıb.
Altun.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatında deyilir:
“Qeyd etməliyəm ki, əvvəllər qəbul etdiyimiz sanksiyalar da bizim Avropa İttifaqından olan tərəfdaşlarımız və Amerika Birləşmiş Ştatları ilə sinxronlaşdırılıb.
ABŞ sanksiyaları ilə əlaqələndirilmiş yeni sanksiyalarımız Rusiya Federasiyasının fiziki və hüquqi şəxslərinə yönəlib. Bu, Rusiyanın Avropanın mərkəzində, Britaniyada kimyəvi silah tətbiq etməsi və işğal olunmuş Krımda qanunsuz prezident seçkiləri keçirməsi ilə əlaqədardır”, - deyə Poroşenko bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 452 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]