altun.az

Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq - Paşinyandan savaş çağırışı – Video

1-05-2018, 19:42

Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq - Paşinyandan savaş çağırışı – Video

Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası başlayıb.
Altun.az xəbər verir ki, iclası Ermənistan parlamentinin spikeri Ara Babloyan açıb.
Çıxış Blokunun nümayəndəsinin namizədləri ilə bağlı açıqlamasından sonra Nikol Paşinyan çıxışa başlayıb. O, baş nazir seçiləcəyi təqdirdə atacağı addımlardan danışıb.
Paşinyan çıxışında bildirib ki, Robert Köçəryan və Serj Sərkisyan deputatlara ona səs verməmələri üçün təzyiqlər edir: "Deputatlar bu şəxslərin təhdidlərinə tabe olmamalıdırlar. Əks təqdirdə, qeyri-müəyyən hadisələr ola bilər”.
Nikol Paşinyan suallara cavab olaraq deyib ki, Ermənistanın yeni hakimiyyəti xarici siyasətdə dəyişikliklər etmək niyyətində deyil:
“Ermənistan mənim baş nazirliyim dönəmində də Avrasiya İttifaqı və KTMT-nin üzvü olaraq qalacaq. Bu, təkcə bir nəfərin yox, ümummilli hərəkatın məntiqi mövqeyidir. Rusiya Ermənistanın strateji tərəfdaşıdır və ümumxalq hərəkatı Ermənistan-Rusiya münasibətlərinə təhdid yaratmır.
Biz Avropa Birliyi və üzvləri ilə münasibətləri dərinləşdirəcəyik. Biz, AB ilə viza rejiminin liberalizasiyasına çalışacağıq. ABŞ-la dostluq münasibətlərinin yeni stimula ehtiyacı var. Çinlə münasibətləri inkişaf etdirəcəyik və hesab edirik ki, bu istiqamət çox vacibdir”.
Paşinyan daha sonra “erməni soyqırımı”nın tanıdılmasına çalışacağını da bəyan edib:
“Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında, sülh yoluyla həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq...
Zəmanət verirəm ki, baş nazir olacağım təqdirdə, günü sabahdan Ermənistanda monopoliya olmayacaq, heç kimə idxalat üçün qadağa qoyulmayacaq. Yeni qanunlar tətbiq etməyəcəyik, sadəcə, qeyri-qanuni qadağaları ortadan götürəcəyik. Diaspordakı minlərlə erməni nəfəsini tutaraq, Ermənistandakı vəziyyətin düzəlməsini gözləyir. Şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək. Bu, təhlükəsizlik səviyyəsini, müdafiə qabiliyyətini artıracaq, Qarabağ konfliktinin ermənilərin xeyrinə həlli üçün imkanlar yaradacaq”.
Paşinyan bildirib ki, erməni xalqının birliyi Bakının Qarabağ məsələsinin hərbi yolla həll etməsinə mane olacaq:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya düşünülməmiş addımlardan çəkinmək üçün təsir etməlidir”.
O, Qarabağ ətrafındakı rayonların Azərbaycana verilməsiylə bağlı adından yayılan ifadələrin dezinformasiya olduğunu da bildirib.
Paşinyan Qarabağ məsələsində heç bir kompromisə getməyəcəyini deyib.
Nikol Paşinyan parlamentdə suallardan birinə cavab olaraq deyib:
“Mənim heç vaxt nə Saakaşvili, nə də Navalnı ilə birbaşa və ya dolayısı vasitələrlə, heç bir kontaktım olmayıb. Onlarla tanış deyiləm, şəxsən tanımıram. Məncə, bu, hər şeyi izah edir”.
Nikol Paşinyan ordunun gücləndirilməsi ilə bağlı suallardan birinə: “Ermənistanın hərbi xərcləri regiondakı situasiyaya adekvat olmalıdır. Ermənistanın hərbi xərclərini artırmasına ehtiyac var. Biz bunu büdcə daxilolmaları ilə paralel edə bilərik”-deyə, cavab verib.
Paşinyan çoxsaylı sualları cavablandırdıqdan sonra deputatların çıxışları başlayıb. Respublika Partiyasının deputatları artıq necə səs verəcəkləri ilə bağlı müzakirə aparırlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 362 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com