altun.az

Paşinyan Ermənistanın deyil, Qarabağdakı qondarma rejimin Azərbaycanla danışıqlarda əsas tərəf olmasını istəyir

30-04-2018, 11:50

Paşinyan Ermənistanın deyil, Qarabağdakı qondarma rejimin Azərbaycanla danışıqlarda əsas tərəf olmasını istəyir

Azərbaycanı məcbur etmək lazımdır ki, Qarabağ konfliktinin həlli ilə bağlı konstruktiv danışıqlar masasına qayıtsın.
Altun.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Bakı “İrəvanın ələ keçirilməsi”ni bəyan etdikcə, effektiv danışıqlar aparmaq mümkün olmayacaq.
Paşinyan bu açıqlamasında xələfi olmağa hazırlaşdığı, uşaq qatili və soyqırım müəllifi Sərkisyandan qətiyyən fərqlənməyib. O, bildirib ki, Azərbaycan “aqressiv siyasət” aparır, buna görə də ordunu gücləndirəcək.
Müxalif lider baş nazir seçiləcəyi təqdirdə, ilk işinin Qarabağdakı operativ situasiya ilə tanış olmaq olacağını deyib.
Qeyd edək ki, Paşinyan Qarabağ məsələsində Ermənistanın hazırkı hakimiyyətindən daha sərt mövqeyə sahibdir. O, Qarabağdakı qondarma rejimin Azərbaycanla danışıqlarda əsas tərəf olmasını və Ermənistanın bu prosesdən kənarda qalmasını istəyir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 367 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com