altun.az

Suriya, İraq, Liviya və Yəməndəki konfliktlər hələ də insan həyatına son qoyur - Putindən ərəb liderlərinə çağırış

15-04-2018, 17:28

Suriya, İraq, Liviya və Yəməndəki konfliktlər hələ də insan həyatına son qoyur - Putindən ərəb liderlərinə çağırış

Rusiya Ərəb Dövlətləri Liqası ilə regional təhlükəsizliyin təminatı məqsədiylə qarşılıqlı fəaliyyəti inkişaf etdirməyə hazırdır.
Altun.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Ərəb Dövlətləri Liqasınının Dahranda keçirilən iclasının iştirakçılarına göndərdiyi məktubda yer alıb.
"Rusiya Suriya və İraqda siyasi həll prosesinin aktivləşdirilməsinə, bu ölkələrin yenidən bərpasında aktiv iştiraka hazırdır. Sizin görüşünüz Yaxın Şərq və Şimali Afrika regionundakı elə də sadə olmayan situasiya fonunda keçir. Suriya, İraq, Liviya və Yəməndəki konfliktlər hələ də insan həyatına son qoyur. Eləcə də Yaxın Şərqdəki vəziyyət Fələstin problemi həll edilmədən ortadan qaldırıla bilməz", - məktubda bildirilib.
Qeyd edək ki, Dahran sammiti bu gün keçirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 557 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]