altun.az

CHP və MHP bir-birinə girdi-Türkiyə BMM-də əlbəyaxa dava

13-03-2018, 14:13

CHP və MHP bir-birinə girdi-Türkiyə BMM-də əlbəyaxa dava

Türkiyə BMM-də CHP-çilərlə MHP-çilər arasında əlbəyaxa dava düşüb.
Altun.az xəbər verir ki, dava parlamentə təqdim edilən 26 maddəlik seçim ittifaqı təklifinin qəbulundan sonra başlayıb.
Parlamentdə çıxış edən CHP millət vəkili Musa Çamın MHP lideri Dövlət Baxçalının keçmişdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi sitatlardan birini xatırlatması tərəflər arasında davanın başlamasına səbəb olub. Belə ki, Musa Çamın üzərinə hücum çəkən AKP və MHP deputatlarına CHP millət vəkilləri mane olub.
Davadan sonra kobud sözlər söyləməsi əsas gətirilərək, Musa Çamın parlamentin 3 iclasına buraxılmaması haqqında qərar verilib. Çamın parlament zalından çıxarılması zamanı yenidən dava yaşanıb. Polis MHP və CHP deputatları arasındakı davanı güclə sakitləşdirib.
Davadan sonra CHP MHP sədri Dövlət Baxçalıdan üzr istəyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com