altun.az

Rusiya bəşəriyyət üçün qlobal faciə olacaq-Putin

7-03-2018, 22:14

Rusiya bəşəriyyət üçün qlobal faciə olacaq-Putin

Rusiya prezidenti Vladimir Putin, Vladimir Solovyovun “Dünya nizamı 2018” adlı filmində, nüvə zərbəsinin bəşəriyyət üçün qlobal faciəyə səbəb olacağını bildirib.
Altun.az “Meduza”ya istinadən xəbər verir ki, Rusiya lideri bu mövzuda danışan zaman, belə bir sual verib:
“Orada Rusiya olmayacaqsa, belə bir dünya nəyimizə lazım?”
Putinin sözlərinə görə, yalnız raket hücumundan xəbərdarlıq sistemi düşmənin raketləri işə saldığını qeydə aldığı, onların uçuş trayektoriyası və Rusiyanın əsas hissələrinə düşmə vaxtını hesabladığı təqdirdə, Rusiya tərəfi nüvə silahına əl ata bilər.
“Buna qarşılıqlı cavab zərbəsi deyirlər. Bu qərar Rusiyanı məhv edəcəksə, bizim cavab verməyə qanuni haqqımız əmələ gəlir” deyə Putin bildirib.
“Bəli, bəşəriyyət üçün bu qlobal faciə olacaq, dünya üçün qlobal faciə olacaq. Ancaq mən Rusiya vətəndaşı və dövlət başçısı olaraq belə bir sual vermək istəyirəm: orada Rusiya olmayacaqsa, belə dünya nəyimizə lazım”deyə Rusiya lideri bildirib.
Putin nüvə silahından istifadəyə heç vaxt lüzumun yaranmayacağına ümidvar olduğunu əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]