altun.az

Ərdoğan: Putinlə Qarabağı müzakirə etdik

17-11-2017, 12:08

Ərdoğan: Putinlə Qarabağı müzakirə etdik

Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik.

Altun.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rusiyaya səfərinin nəticələrini şərh edən Ərdoğan bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir:

“Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur. Həmin qərarlar icra edilməlidir”.

Qeyd edək ki, Putin və Ərdoğan arasındakı Soçi görüşü noyabrın 13-də baş tutub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]