altun.az

Əlilliyi olan gənclərin ilk teatr tamaşası

22-11-2016, 13:51

Əlilliyi olan gənclərin ilk teatr tamaşası

“ƏSA” teatrı Xəzər Universitetində “DUMB Mərhələsinin Əsası” tamaşasının premyerasını keçirib.

Altun.az xəbər verir ki, “psixo-dram” janrında qurulmuş tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edib. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yanlış istiqamətlənən, atdığı hər addımda vəziyyətini daha da çətinləşdirən qəhrəman bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür.

Tamaşanı Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edib.

Xatırladaq ki, “ƏSA” teatrı 2016-cı ilin sentyabr ayının 3-də yaranıb və əlilliyi olan aktyorlardan ibarətdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 496 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com