altun.az

Sabah Bakıda Türk Film Həftəsinə start verilir

21-11-2016, 21:34

Sabah Bakıda Türk Film Həftəsinə start verilir

Noyabr ayının 22-27-i Bakıda Türk Film Həftəsi keçiriləcək.

Altun.az xəbər verir ki, Türk Filmləri Həftəsi Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin baş sponsorluğu, TİKA və Yunus Əmrə İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Film Həftəsi ilə əlaqədar olaraq Türkiyə Prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu və Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündoğdu Bakıya gəlib.

Bundan başqa azərbaycanlı tamaşaçılara “Təhminə və Zaur” filmində yaratdığı Təhminə ilə tanınan Meral Konrat, gənc aktyorlar Sarp Levendoğlu, Emre Kızılırmak, həmçinin rejissorlar Ozhan Eren, Öner Kılıç, Altan Sönmez də Bakının qonaqları olacaq.

Həftə çərçivəsində “Kalandar soğuğu”, “Deliormanlı”, “Son mektup”, “Birleşen yollar”, “Elveda Katya” filmləri nümayiş olunacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 541 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com