altun.az

Bakıda “İtalyan Festivalı” başlayır

3-11-2016, 12:05

Bakıda “İtalyan Festivalı” başlayır

3-4 noyabr 2016-ci il tarixində Bakıda “Dünya İtalyan Dili Həftəsi” çərçivəsində “İtalyan Festivalı” adlı tədbir keçirilir.

Altun.az xəbər verir ki, İtaliya səfirliyindən verilən məlumata görə, səfirliyin dəstəyi ilə təşkil olunan festivalın 1-ci günü yerli və italyan media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı, ardınca italyan geyim, ayaqqabı və zərgərlik brendlərinin moda nümayişi, italyan şərablarının dequstasiyası və musiqi konserti nəzərdə tutulub.

Tədbirin 2-ci günündə Azərbaycan şirkətlərinin stendlərində italyan markalarının nümayişi olacaq. Qeyd edək ki, nümayişə giriş sərbəstdir.

Festival “Landmark” Biznes Mərkəzində baş tutacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 561 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com