altun.az

“Sarı gəlin” tamaşası təqdim olunacaq

25-10-2016, 18:36

“Sarı gəlin” tamaşası təqdim olunacaq

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyi tərəfindən 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası təqdim olunacaq.

Altun.az xəbər verir ki, tamaşada mahnının yaranma tarixi faktlar əsasında, yaradıcı şəkildə təqdim edilir.

Layihənin reallaşdırılmasında məqsəd gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırmaq, adət və ənənələrin qorunub-saxlanılması və təbliğ edilməsindən ibarətdir. Üç hissədən ibarət layihənin ilk bölümündə qonaqlar foyedə “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar.

Tədbirdə muğam və milli musiqilər səsləndiriləcək, “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx nümayiş olunacaq.

Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 715 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com