Impera

XƏBƏR LENTİ
15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto13:36Qaradağda qəzaya düşən sərnişin avtobusunda yaralananlar var - BNA10:40“Qızıl Qurd”- Bəhramdan mötəşəm qələbə10:33Trampdan Ina alçaldıcı təklif: "Nüvə silahlarını ABŞ-a göndər"10:22"Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır" - İlham Əliyevin bəyanatı09:32Göyçayda piyada vuruldu09:27Birləşmiş Ştatlardan ən yeni silahlar alınacaq - Poroşenko09:23O, bu hərbi yardımdan öz xalqına qarşı istifadə edəcək - ABŞ09:12Türkiyə ticarətini beynəlxalq qaydalara uyğun aparır - ABŞ-ın təhdidinə cavab19:04Baş nazirimiz macar həmkarı ilə görüşdü - Foto18:52Paşinyan doğru seçim etdi - Millət vəkili18:43Nə qədər aşağı əyilmənizdən asılı olmayaraq, sizin torpaqlarınızı oğurlayacaqlar - Zərif18:35Paşinyan Əliyevlə görüşdən razı qalıb (?..)08:53Xərçəngdən qorunmağın yolları varmı?... - Məsləhət08:41Dövlət qarşıladığı ziyanı geri ala biləcək... - Millət vəkili08:32NATO gəmiləri Qara dənizə daxil oldu14:21Avropa Türkiyəsiz güclü ola bilməz - E.İhsanoğlu14:16Azərbaycanda var olan dini liderlərdən dünya dini liderlərinə müraciət - Soyqırım...14:03Diaspor Komitəsi də yeyib talayıb - Rəsmi açıqlama13:53"Diqlas" işiylə bağlı nazirlər toplandı - Müşavirə13:42Poladəritmə zavodunda partlayışdan zərər görənlərə kompensasiya verildi19:44Kompensasiya məbləğini belə öyrənin - Problemli kreditlər19:39ABŞ Türkiyəni İranla qarşıdurmaya təhrik edir: Gözləyirik...- Siqal Mandelker15:10Misir Mərdanov Əli İnsanovdan danışmadı14:57Bizim imkanlarımız kiməsə qarşı istifadə edilməyəcək: Hindistan supergücə çevrildi – Baş nazir14:57Bizim imkanlarımız kiməsə qarşı istifadə edilməyəcək: Hindistan supergücə çevrildi – Baş nazir14:46Suriya BMT TŞ-nın toplanmasını tələb etdi14:41Mağazalar sığortalı olsaydı, sahibkarlar nəinki göz yaşı tökməz, heç,...- Ekspert09:51Bakıda tullantıların daşınması...- Mer 1 ay vaxt verdi09:35Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı qəza törətdi - Video15:01Gəncədə 27 yaşlı gənc intihar etdi14:53Türk qırıcıları havalandı - Yunanlar təşvişdə...
BÜTÜN XƏBƏRLƏR

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Hamlet İsaxanlı Allahsızdır"... - Mail Yaqub

26 mar 2019, 11:16   
"Hamlet İsaxanlı Allahsızdır"... - Mail Yaqub

Altun.az fəlsəfə doktoru Mail Yaqubun son baş verənlərlə bağlı yazısını təqdim edir:
Alber Kamyunun "Yad" əsərində möhtəşəm bir fraza var. Müstəntiq qatili sorğu-suala çəkir (Qısa məzmununu yazıram):
- O adamı öldürəndə son dəfə onun gözlərinə baxdınmı?
- Baxdım.
- Ona yazığın gəlmədi?
- Yox.
- Heç yazığın gəlmədi?
- Yox.
- Sən Allaha inanmırsan?
- Yox.
- Sən necə insansan! Mən bu günə qədər sənin kimi mərhəmətsiz cani görməmişdim...
Nihilizm fəlsəfəsini bundan gözəl təsvir etmək olmaz. Böyük Kamyu demək istəyir ki, allahsızın (nihilistin) mərhəməti olmaz. Soruşuram, allahsız insan vicdan, namus, qeyrət məfhumlarına necə baxır? Qəbul edirmi? - Xeyr!
Hamlet İsaxanlı allahsızdır. O, bunu 2011-ci ildə, 4 nəfərlik xüsusi bir məclisdə özü etiraf etmişdi.
Keçək mətləbə. 2008-ci ildə 2 saatlıq gərgin fəlsəfi müsahibədən sonra Xəzər Universitetində "Müasir Avropa fəlsəfəsi" fənnini tədris etməyə başladım. 2013-cü ildə Hamlet İsaxanlı ÖZ TƏKLİFİ İLƏ məni "Fəlsəfə və Sosiologiya" kafedrasının müdiri təyin etdi - 500 manat maaşla. 2015-ci ilin noyabr ayında Hamlet İsaxanlı tərəfindən rektor kimi təyin edilən Hasan Niknafs adlı bir iranlı iclasa gecikdiyim üçün bütün həmkarlarımın yanında məni iclasdan məcburi şəkildə çıxartdı. Heç kim etiraz etmədi. Mən də hörmətsizlik etmədən iclasdan çıxdım və xaricdə səfərdə olan Hamlet İsaxanlını gözlədim. Səfərdən qayıtdıqdan dərhal sonra qəbuluna getdim və təhqir olunduğumu ona dedim. Mənə dedi:
- Gərək iclasdan çıxmayaydın. Get, Hasan Niknafsa (təyin edilmiş rektor) de ki, səndən ÜZR İSTƏSİN.
Getdim, rektora bu sözü dedim. Durdu, üzümə baxdı və mən otağı tərk edib “Xəzər”in maliyyə (və bütün digər məsələlər üzrə) məsul şəxsi İsaxan İsaxanlının yanına getdim və kafedra müdirliyindən çıxmaq istədiyimi bildirdim. Dedim ki, mən Hasan Niknafsin sədrliyi ilə təşkil olunan iclaslarda iştirak etmək istəmirəm. O, qalmağıma israr etdi, mən qəbul etmədim və vəzifəmi tərk etdim.
Prorektor Məhəmməd Nuriyev məni otağına çağırdı və dedi:
- Tam ştatdan çıxırsansa, heç olmasa, yarım ştatda qal.
Qəbul etdim və etiraz edib, Xəzər Universitetini tərk edənə qədər yarım ştatda idim.
Yarım ştat olandan sonra hər qrupa mənə 160 manat əmək haqqı ayrıldı. Məndə maksimum 3 qrup olurdu - 470 manat pul yazılırdı. Etiraz etmədən işimə davam edirdim. Niyə etiraz etmirdim? Birinci, mənə demişdilər ki, hələ sənə ən yüksək məbləğ verilir (“Xəzər”də bu gün də 120 manat maaş alan müəllim var. Yəni bir müəllim bir qrupa dərs demək üçün ayda 8 dəfə - həftədə 2 dəfə uzaq məsafə qət edib dərsə gedir və ayın sonunda 120 manat əmək haqqı alır.) İkinci, pula görə kəskin etiraz edib rezonans yaratmağı özümə sığışdırmırdım, canım qədər sevdiyim gül tələbələrimdən utanırdım.
Və 2019-cu il gəldi. Fevral ayında tədris ilinin ikinci semestri başladı. Mənə 80 nəfərlik qrup verdilər. Mart ayının 7-sində kartıma oturan pula baxdım - heç nə dəyişməyib - 160 manat.
Artıq səbr kasam doldu. Özümü təhqir olunmuş hiss etdim. Təsəvvür edin, 80 tələbənin hər biri TƏKCƏ MƏNİM DƏRSİMƏ 400 manat universitetə pul ödəyib. Və 32 min manat puldan 4 ay ərzində mənə cəmi 640 manat pul çatacaq.
Bu dəfə dözə bilmədim, həftənin 2-ci günü (həmin gün dərsim vardı) yeni rektor İradə Xəlilovanın qəbuluna getdim və yarım ştat üçün 800 manat əmək haqqı tələb etdim. Dedim ki, 2 qrupa dərs deməyə hazıram bu məbləğ qarşılığında. İradə xanım mənə təskinlik verərək məsələni araşdıracağına söz verdi. Ertəsi gün mənə zəng etdi:
- Mail müəllim, mən danışdım, dedilər ki, biz bundan artıq verə bilmərik.
Siz Azərbaycanın lider universitetinin rəhbərliyinin 11 il müddətində 4 mindən artıq tələbəyə vicdanla-sədaqətlə xidmət edən, ayda ən azı 2 televiziya verlişində “Xəzər”in adını yüksək səviyyədə təbliğ edən bir müəlliminə sərgilədiyi münasibətinə baxın. Heç olmasa, məni görüşə də dəvət etmədilər və şifahi şəkildə "İstəmirsə, gedə bilər" dedilər.
Bu sayğısızlıq məni əməlli-başlı sarsıtdı. Özümü istifadə edilmiş dəyərsiz bir insan kimi hiss etdim. 2 gün sonra, həftənin 5-ci günü "Fəlsəfə və Siyasi elmlər" kafedrasının müdiri Elmar müəllim mənə zəng vurdu və 1-ci gün mənimlə görüşmək istədiyini dedi.
1-ci gün Elmar müəllimin qəbuluna getdim və məsələni izah etdim. Elmar müəllim məni dinlədi və HAQLI OLDUĞUMU dedi. Mənə dedi ki, Hamlet İsaxanlı bu gün xarici səfərdən qayıdıb. Sabah günortaya qədər mütləq mən onunla danışıb, səni məlumatlandıracağam.
Sabahı xəbər çıxmadı və mən həmin günün axşamı xəbər tutdum ki, artıq mənim yerimə başqa bir müəllim təyin ediblər.
Ertəsi gün 2 cümləlik etiraz statusu yazdım. Yazdım ki, Xəzər Universitetində mənə 160 manat məvacib verirlər, bu, müəllimi təhqr etməkdir. Ölkədə geniş islahat getdiyi bir dönəmdə “Xəzər” özünü sanki uzaq bir ada zənn edir.
Həmin satus bir çox saytlar tərəfindən (məndən xəbərsiz) dərc edildi. Jurnalistlərdən biri məndən soruşdu: Sizcə, hər il tələbələrdən yığılan milyonlarla pul hara xərclənir? Dedim, bu yaxınlarda Hamlet İsaxanlı böyük bir otelin açılışını etdi.
Vəssalam.
Ertəsi gün “Xəzər”dən mənim etirazıma cavab gəlir:
* O adam əxlaqsız idi.
* O adam cəhaləti təbliğ edirdi.
* O adam ingilis dilində dərs demirdi deyə, ona az maaş verirdik.
* O adam özünü yaxşı aparmırdı deyə, BİZ ONU KAFEDRA MÜDİRLİYİNDƏN XARİC ETDİK. Və sair.
Bütün ittihamlara dərhal cavab verdim. Dedim ki, əxlaqsızı, cəhaləti təbliğ edəni nə əcəb 11 il orda saxlamışdınız?
Demək, mən etiraz etməsəydim, mənə verilən dilənçi puluna göz yumub ötən illər kimi işimə davam etsəydim, yaxşı müəllim olardım, hə?
Məsələ gün kimi aydın idi - şər-böhtan.
Mən məsələyə xitam verdiyim halda bu gün Bizimyol.info saytı yenidən məsələni gündəmə gətirib və Hamlet İsaxanlıdan müsahibə alıb. Hamlet İsaxanlı əvvəlki ittihamları yenidən təkrarlayıb və bütün saytların manşetinə "Xəzər”in müəllimi əxlaqsızlığa görə qovulub" cümləsı çıxıb. Oxudum və bir o qədər də təəccüblənmədim. Səbəbini yazının lap əvvəlində demişəm.
Mənim Hamlet İsaxanlının olduqca yüngül ittihamlarının qarşılığında indi, burda deyəcəyim bir söz yoxdu. Əslində var, amma demirəm, səviyyəmi endirmək istəmirəm. Mən sözümü məhkəmədə deyəcəm.
Mənə bu günlər ərzində dəstək verən dostlarıma, əzizlərimə, canım qədər sevdiyim tələbələrimə sonsuz minnətdarlığımı bildirirəm, onların böyüklüyünün qarşısında baş əyirəm. Və qəlbində mənimlə bir olan, lakin işini itirəcəyindən qorxan müəllim həmkarlarımdan da incikliyim yoxdu. Mən onların hamısını çox istəyirəm.
Hə, bir söz yadıma düşdü:
Hamlet İsaxanlı, danışanda təkcə özünüzü düşünməyin! “Xəzər” təkcə sizin deyil, “Xəzər” həm də oranın çiçək tələbələrinin, fədakar müəllimlərinindir. “Xəzər”in müəlliminə şər-böhtan atmaq həm də bu şərəfli universitetdə çalışan və təhsil alan minlərlə insanın heysiyyətinə toxunmaqdır.
Allahınız olsun!
OXŞAR MÖVZULAR