altun.az

Azərbaycanla bağlı konfransı kim ləğv edib? - Gizli məktub

10-03-2019, 21:23

Azərbaycanla bağlı konfransı kim ləğv edib? - Gizli məktub

Güney Azərbaycanın Mühəqqiq Ərdəbili Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransının keçirilməsinə icazə verilməyib.
Altun.az xəbər verir ki, konfrans təhlükəsizlik orqanlarının təzyiqi ilə tədbirin başlanmasına bir neçə dəqiqə qalmış ləğv edilib.
“Xətai Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə planlaşdırılan mərasimə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddi kimi ziyalılar dəvət olunub.
Tədbirin başlanmasına bir neçə dəqiqə qalmış ləğv olunması azərbaycanlı tələbələrin etirazına səbəb olub.
Qeyd edək ki, Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.
***
Konfrans İran Prezidenti Həsən Ruhaninin birinci müşaviri Hüsaməddin Aşenanın göstərişi ilə ləğv olunub.
Bu barədə Mühəqqiq Ərdəbili Universitetinin “Xətai dərnəyi”nin Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, konfransın başlanmasına bir neçə dəqiqə qalmış Prezidentin müşaviri Hüsaməddin Aşena Elm, Tədqiqat və Texnologiya Nazirliyinə gizli məktub göndərib və bundan sonra nazirliyin Mühəqqiq Ərdəbili Universitetinə təzyiqi ilə tədbir ləğv olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 262 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com