altun.az

Bu gün Həsənağa Turabov anılır

23-02-2019, 17:01

Bu gün Həsənağa Turabov anılır

Bu gün görkəmli teatr və kino aktyoru Həsənağa Turabovun anım günüdür.
Altun.az xəbər verir ki, H.Turabov 1938-ci ildə Bakıda anadan olub. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Eyni zamanda 100-dən çox kinofilmə çəkilib.
Gözəl nitqi, səhnə davranışı, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirib.
Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") , Xəyyam ("Xəyyam") və onlarla digər surətlər H.Turabovun ifasında əbədiləşib.
Kinoda da tam bir obraz palitrası yaradıb. "Yeddi oğul istərəm", "Babək", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi", "Bəyin oğurlanması", "Qaçaq Nəbi" və başqa filmlərdəki rolları ifa tərzi ilə seçilir.
Həsənağa Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub.
Görkəmli sənətkar 2003-cü il fevralın 23-də 64 yaşında Bakıda dünyasını dəyişib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 425 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com