altun.az

Cəfər Cabbarlının qızının nadir görüntüsü - Video

13-02-2019, 14:26

Cəfər Cabbarlının qızının nadir görüntüsü - Video

Görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olan Gülarə Cabbarlının vəfatından bir il ötür.
Altun.az xəbər verir ki, sosial şəbəkədə Cəfər Cabbarlı adına açılan səhifə ildönümü ərəfəsində G.Cabbarlının piano ifa edərkən lentə alınmış görüntülərini paylaşıb.
Görüntülərin harada və nə zaman lentə alındığı məlum deyil.
G.Cabbarlı sözləri Ramiz Heydər, musiqisi Oqtay Kazımiyə məxsus “İnanmaram, inanmaram” adlı mahnını ifa edir.
Xatırladaq ki, 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gələn Gülarə Cabbarlı keçən il 88 yaşında dünyasını dəyişib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 324 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com