altun.az

İstəyirəm ki, Nəsimini axmaq təzahürlərdən qoruyum - Şeyx Əbdül Mahmudov

7-02-2019, 17:40

İstəyirəm ki, Nəsimini axmaq təzahürlərdən qoruyum - Şeyx Əbdül Mahmudov

Böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı televiziya layihəsi hazırlamışam.
Bu sözləri Altun.az-a açıqlamasında aktyor, rejissor Şeyx Əbdül Mahmudov deyib. O, sözügedən layihə ilə bağlı AzTV-yə müraciət edəcəyini söyləyib:
“Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan etməsindən sonra bəziləri müxtəlif üsullarla Nəsiminin adından istifadə edərək, gündəmə gəlmək istədilər. Mən istəyirəm ki, Nəsimini son dövrlərdə cəmiyyətdə yaranan axmaq təzahürlərdən qoruyum. Layihənin hansı televiziyada efirə çıxacağı dəqiqləşməyib. Bu verilişin aparıcısı kim olacaqsa, o şəxs Nəsimi fəlsəfəsini, poeziyanı, Şəms Təbrizi, Qazi Bürhanəddin, Mövlanə və s. dahilərdən gələn fəlsəfəni bilməlidir. Bunlardan xəbərsiz olan adamların Nəsimi haqqında söz deməsi, verilişdə iştirak etməsi gülməlidir. Bəzən belə adamlar efirlərdə böyük şairimiz haqqında danışırlar, ya da onun hansısa qəzəlinə bayağı mahnı oxuyurlar. Bu, Nəsimi üçün təhqirdir”.
Rejissorun sözlərinə görə, Nəsimi irsinin dərindən öyrənilməsi üçün araşdırılması və təbliğat aparılması vacibdir:
“Mən “Nəsimi” filmində dərviş obrazını oynamışam. Həmin vaxt Nəsimini ancaq dar çərçivədə bu işlə məşğul olan alimlər bilirdilər. Nəsimi illər əvvəl Nizami, Xaqani, Füzuli qədər məşhur deyildi. Dünyada Nəsimini araşdıran, ona peyğəmbər kimi yanaşan alimlər var. Onlar ölkəmizə gələcəklər. Elə etməliyik ki, əcnəbi alimlərin qarşısına ciddi mütaliəyə malik, Nəsimini dərindən bilən şəxslər çıxara bilək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 482 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com