Impera

XƏBƏR LENTİ
18:36Bakı metrosunda bıçaqlanma18:33Trampın Suriya qərarı səhvdir - ABŞ generalı18:28Rusiyanın siyasi təcridi doğru deyil - Merkel18:19Azərbaycanlı-çeçen insidenti təxribatdır - Savelyev17:37SSRİ-nin yerini indi də Rusiya “tutmağa” çalışır - Münhen14:38Onların bu istəklərinə çatmasının qarşısı alınmalıdır - Millət Vəkili14:33Dələduzluğa görə ittiham edilən şəxs tutuldu14:29Siyavuş Novruzov "Şöhrət" ordeni ilə təltif edildi-Sərəncam11:50Pentaqon kürdləri qorumaq adı altında...18:14Biz Səudiyyə Ərəbistanını qoruyuruq - Tramp17:38İnternet medianın maliyyələşməsi də gündəmdədir – Müşfiq Ələsgərli14:26Cəfər Cabbarlının qızının nadir görüntüsü - Video14:22Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı dəstəkləmirik - ABŞ-dan rəsmi münasibət14:16Levon Ter Petrosyana qarşı cinayət işi açılmasını tələb edirəm - Artur Poqosyan14:03Papa da Maduronu prezident kimi tanımır - Cavab13:56Səidə Dadaşovanın başı dərddə - Dəniz Səki... - Video13:50Atasının qollarında can verən tələbə... – Təfərrüat13:42Bütün məhkumlar həbsxanadan qaçdı - Səbəb...13:37Qarabağı görmədən ölüm haqladı - Video11:19Donuzlar qadının qulaqlarını diri-diri yedi11:13Bolton Maduronu lağa qoydu11:07Pxenyan özünü təhlükəsizlikdə hiss etmir - Rusiya11:00Ağır yol qəzasında 3 yaşlı uşaq həlak oldu16:56Müəllim məktəbdə qəfil öldü16:27Naz Azərbaycan polisini təhqir etdi - DİN susur...16:16Bəzi məmurlarımız təəssüf ki, hələ nəticə çıxarmayıb” – Rəşid Mahmudovdan çağırış16:09Venesuela səfiri Bakıdadır16:06Daha 2 jurnalistə vəzifə verildi16:01Putin Təhlükəsizlik Şurasını topladı17:47Mübariz İbrahimov mükafatı təqdim edildi - Foto17:40İstəyirəm ki, Nəsimini axmaq təzahürlərdən qoruyum - Şeyx Əbdül Mahmudov17:30Respublika prokurorları bir araya gəldi - Müşavirə17:24Ukrayna Avropada müharibə anklavıdır - Morozov17:06Qadın müğənni trafik canavarının qurbanı oldu - Video15:32Adəm Yılmazı təyyarəyə mindirərək ədalətdən qaçıra bilməzsiniz - ABŞ-la Almaniya üz-üzə gəldi12:42Qırğızıstan ikinci rus bazasından imtina etdi12:30Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı20:54Birlikdən kənarda heç bir partiya heç bir nailiyyət əldə etməyib - Sərdar Cəlaloğlu15:10Türkiyə üçün heç bir hökmü yoxdur - Makrona cavab15:05Taksi sürücüsü Azərbaycandan 5 milyard pul çıxarıb – Məhkəmə14:55Nikol danışıqları dalana dirəyib - Müharibə qaçılmazdır10:28ABŞ-da 52 faiz insan Trampı istəmir- Sorğu10:2239 ölkə Quaidonu Venesuelanın prezidenti kimi tanıdı10:15Kəmaləddin Heydərov zəlzələ baş verən Şamaxıdadır - 14 kənd...20:55İki körpəsini, xilas olunmaları üçün, küçəyə atan qadına cinayət işi açıldı20:46Heydər Əliyevin prezidentliyi müddətində Azərbaycanda ümumi yoxsulluq həddi 50 faiz civarında olub - Əli Həsənov19:56Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib?14:27700 direktor vəzifəsi boşdur – Nazirlikdən açıqlama14:21Erməni müşavir azərbaycanlı jurnalistə İrəvanda müsahibə verib – XİN14:13Türkiyədə azərbaycanlı tələbə diplom alacaqdı, həyatından oldu - Faciə12:28İqtisadiyyatın təməlində sabitlik, sabitliyin kökündə milli valyutanın məzənnəsi durur - Araz Ağalarov12:10Prezident MSK-ya arxa qapıdan girib12:04Ərzaq məhsulları bahalaşdı - İnflyasiya23:16Ərdoğan Putinlə görüş tarixini açıqladı21:56Bərdədə anası tərəfindən yol kənarına buraxılan iki körpə... - Foto21:51Suriyadan Türkiyəyə növbəti hücum: 2 yaralı...18:48Türkiyə əqrəb zəhərini satışa çıxarır: Litri 10 milyona...18:43İrana görə ordu İraqdan çıxmayacaq - Tramp11:26Azərbaycanda evlərin qiyməti ucuzlaşacaq - Açıqlama11:23Rusiya ABŞ-ın kosmosdan hücumlarının qarşısını ala bilər - Korotçenko11:16ABŞ başa düşür ki, ilk növbədə Dağlıq Qarabağ problemini həll etmədən...– Şərh11:01Suriyada İŞİD qüvvələri darmadağın edildi20:33Torpaqları işğal altında olan Azərbaycan zəvvarına şad xəbər: Bundan sonra...20:28Belçikada kürdlər türklərə atəş edib: yaralılar var20:01Çin ABŞ-a barmaq silkələdi: Razılaşmadan çıxsanız...19:54Türkiyənin düşmənləri dostlarından çoxdur? - Sorğu19:47Taundan qaçan kimi qaçırlar məndən - Z.Tağıyevin qızı Sara xanım19:06Mənim oğlum Hüseyn həmişə həyatında Heydər Əliyevçi olmağı ilə qürur duyub - Hüseyn Abdullayevin anası17:12Məqsəd ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır – Səfərli17:01Heydər Əliyevin vuran əli olmuş "Quska" aclıq aksiyasına başlayıb? - Rəsmi cavab16:56"Vəzifəli şəxslər 3 ilədək cinayət məsuliyyətinə cəlb olunmalıdırlar” - Deputat16:45Sürücülük vəsiqələri xaricdə tanınacaq - Yenilik20:50Hökumət istefaya göndərilməlidir - İqtisadçı alim Qubad İbadoğlu20:20Alim Qasımov xəstələndi - Səs telləri...20:11Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.19:21Nazirlərin Almatı toplantısında Azərbaycan ikinci şəxslə təmsil olundu19:13Azərbaycan XİN-dən Paşinyanın danışıqlardan imtinasına müəmmalı jest - "Cənab Paşinyan..."19:12Azərbaycan XİN-dən Paşinyanın danışıqlardan imtinasına müəmmalı jest - "Cənab Paşinyan..."18:55Nato ilə Türkiyə arasında bəzi taktiki narahatlıqlar yaşanır - Stavridis18:15“Mənə yox, Şirvanşaha rəhmət oxuyun”- Seyid Yəhya Bakuvi17:05Türkiyədə azərbaycanlıların serial qətl səbəbləri məlum olub: 5 ölümdən sonra...16:56Dünyada ilk: Avropa Parlamenti Quaidonu prezident kimi tanıdı16:52Tələbələrə təqaüd "verən", kiməsə milyonluq maşın bəxşiş edən “Ulmila xanım” fırıldaqçıdır?..16:27Cəlilabadda bir fabrikdə 5 qadın zəhərləndi...14:56Rusiya Ermənistana barmaq silkələdi: "Bizə daimilik, açıqlıq,...vacibdir"- Karasin14:51Şeyxülislam Hacı Allahşükür Paşazadə Kirillə qardaş dedi... – Video14:39Pilot layihə uzadıldı - Fərman14:34Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə və sığorta ödənişini ala bilərsiniz - Şəhid ailələrinə müraciət16:58Qarabağ, İrəvan, Dərbənd və Təbriz Azərbaycan ərazisidir – Video13:35Müəllimlər 131 saylı məktəbdə “əsir düşüb” - Açıqlama13:29Türkləri tarixi torpaqlarından qovan ermənilərə Tanrının cəzası – Faktlar09:55Kliçko xəstəxanaya yerləşdirildi09:50Bakıda qadın bıçaqlandı09:45Taksi şirkətləri sürücüləri istismar edərək, külli miqdarda pul qazanırlar - Ekspert12:481 dollar 1,97 manat olacaq? - Manatla bağlı proqnoz12:41"Onun ölüm səbəbini araşdırmaq üçün meyitin yarılması zəruri idi. Bəlkə, Xamis bura gətirilərkən hardasa döyülmüşdü?" - Baş həkimin müavini12:30Azərbaycanda qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə halı baş verməyib12:24ABŞ-da Türkiyə ilə bağlı “B planı” hazırlanır - Rubin11:44"Verilişə çıxmaq üçün pul istədilər” - Aprel qazisi11:37Ziya Məmmədovun "maxinasiyaları" satılmır - Korrupsiya
BÜTÜN XƏBƏRLƏR

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Taundan qaçan kimi qaçırlar məndən - Z.Tağıyevin qızı Sara xanım

02 fev 2019, 19:47   
Taundan qaçan kimi qaçırlar məndən - Z.Tağıyevin qızı Sara xanım

Və yaxud milyonçu qızıyla partiya katibinin görüşü
1961-ci ilin oktyabr günlərindən birində Mərkəzi Komitənin ideologiya üzrə katibi Nazim Hacıyevə qəbula bir qadının gəldiyini deyirlər. Gələnin Bakı milyonçusu Zeynalabdin Tağıyevin qızı olduğunu bilən katib dərhal, növbəsiz onu qəbul edir.
Leninqraddan qayıtdıqdan sonra bir müddət işləsə də, Saranın “burjuy qızı” olduğunu bilən kimi işdən çıxarıbmışlar. Məşəqqətli günləri daha da ağırlaşıbmış.
Heç kim onu yaxına buraxmırdı. Nəinki kömək etmək, onunla ünsiyyət belə təhlükəliydi. Sara xanımı qəbul etməklə Nazim Hacıyev özünü riskə atırdı. Bu görüş karyerasına son qoya bilərdi. Amma proletariat partiyasının katibi milyonçu qızını gülər üzlə qarşılayır, qucaqlayır, hal-əhval tutur, dinləyir.
Nazim Hacıyevin anası Sara xanımla Tağıyevin açdığı qızlar məktəbində bir oxuyub, rəfiqəlik edibmişlər. Babası Kərib bəyi Tağıyev məktəbin yaradılması işinə cəlb edibmiş. “Xruşşov dövrünün Qarabağ şəhidi” adlı məqalədə Nazim Hacıyev haqda ətraflı yazmışam deyə, burada geniş tanıtmağa lüzum görmürəm. Bircə onu deyim ki, 60-cı illərdə şübhəli şəkildə ölən vətənpərvər gənc rəhbər işçilərdən biri də o idi. Maraqlansanız, dediyim məqaləni bloqumda oxuya bilərsiniz.
Aydın Hacıyev atasına həsr etdiyi “Hər şeyi anlamaq, amma bağışlamamaq” (“Все понять, но не все простить”) kitabında Sara xanımın Nazim Hacıyevlə görüş xatirəsinə də yer ayırıb. Dünən sosial şəbəkələrdə ömrünün son 6 ilində ona dayaq olmuş Şəmsəddin Əliyevin müsahibəsini oxuyanda həmin kitab yadıma düşdü. O xatirəni oxucu dostlarımla bölüşmək istədim.
Sara xanım Nazim Hacıyevin onu doğma adamı kimi qarşılamasından çox təsirlənibmiş. Kitabdan onların söhbətinin bir hissəsini belə tərcümə elədim:
- Sara xanım, nə kömək edə bilərəm? Deyin, utanmayın, mən də sizin oğlunuz.
- Sağ olun, Nazim Mamedoviç, – adət etmədiyi isti münasibətdən çaşqın halda dedi, – Siz ki, mənimlə görüşdünüz, bu məndə bir ümid yaratdı. Mənim ali təhsilim var, fəlsəfə oxumuşam. Amma Leninqraddan qayıdandan bəri məni heç yanda işə götürmürlər. Fəlsəfəyə dair elmi işimi özümlə gətirmişəm. “İstismarçı” qızı olduğumu bilən kimi hamı məndən qaçır. Heç kim atamın elədiyi yaxşılıqları xatırlamaq istəmir… Taundan qaçan kimi qaçırlar məndən”.
Nazim Hacıyev elə onun yanındaca universitetin rektoru Şəfayət Mehdiyevə zəng vurur. Rektor kitabxanada vakansiya yeri olduğuna, onu işə götürəcəyinə söz verir.
Xeyli söhbət edirlər, ideologiya katibi onun yaşayışı, dolanışığı ilə maraqlanır. Ayrılanda yenə qucaqlaşırlar. “Sara xanım, siz mənə sutkanın 24 saatı zəng vura bilərsiniz. Nə işiniz olsa, birbaşa mənə müraciət edin. Daha heç kim sizi incitməyəcək… İndi gedin, rektor sizi gözləyir”.
Sara xanım rektorun yanına dərhal getmir. Bulvara gəlir, üzü Xəzərə oturub gözünü uzaqlara dikir. Son 40 ildə ilk dəfəydi ki, kimsə onunla insan kimi davranırdı. Zarafat deyil, bu qədər alçaltmalardan, məşəqqətli illərdən sonra onun problemlərini həll edəcək adam tapılmışdı.
Gözünün yaşını silmək üçün plaşın cibindən dəsmalını çıxarır. Yaxınlıqda “klas-klas” oynayan bir qız uşağı qaça-qaça ona sarı gəlir: “Nənə, cibinizdən pulunuz düşdü”. “Nə pul? Mənim cibimdə pulum yoxdur ki”.
Əyilib yerdən pulu götürən uşaq deyir: “Cibinizdən dəsmal çıxaranda gördüm düşdüyünü”.
O vaxtın ən iri əsginasıymış. Ayrılarkən onu qucaqlayanda ehmalca cibinə qoyubmuş. Bu pula nə qədər ehtiyacı olduğunu bilsə də milyonçu qızının qüruruna toxunacağından ehtiyat edib, açıqda verməyib.
Elm, mədəniyyət adamlarının hamisi kimi ad çıxaran Nazim Hacıyev bir neçə aydan sonra şübhəli tibbi əməliyyatdan sonra ölməsəydi, bəlkə Sara xanım ömrünün sonunacan zillət içində yaşamayacaqdı.
Mən hələ də bilmirəm, alın yazısı varmı, ya həyat təsadüflərdən ibarətdir!
Nazim Hacıyevlə birlikdə Sara xanımın ümidləri də gömülür.
OXŞAR MÖVZULAR