altun.az

Sara Aşurbəyli Azərbaycanı çox sevirdi - Foto

2-03-2018, 15:22

Sara Aşurbəyli Azərbaycanı çox sevirdi - Foto

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məşhur azərbaycanlı alim-şərqşünas Sara Aşurbəylinin xatirəsinə həsr olunmuş “Azərbaycanda çinşünaslığın tarixi” mövzusunda elmi-tələbə seminarı keçirilib.
Altun.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov S.Aşurbəylinin Azərbaycan tarixi elminin inkişafına verdiyi töhfələr barədə danışıb. Onun orta əsrlərdəki Azərbaycan ilə Çin arasında iqtisadi və mədəni əlaqələrə həsr olunan əsərlərinə diqqət çəkən R.Abbasov görkəmli alimin Azərbaycan sinologiyasının təməlini qoyduğunu vurğulayıb.
Daha sonra ADU tələbələri S.Aşurbəylinin həyat səhifələri, elmi-tədris fəaliyyəti və bədii yaradıcılığından danışıblar.
Seminarda iştirak edən Sara xanımın yaxınları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn İdarəsinin dosenti Yevgeniya Aşurlu, Ramiz Aşurlı və Sevda Aşurbəyli böyük alim haqqında xatirələrini, Azərbaycana və onun tarixinə olan sərhədsiz məhəbbəti və marağı haqqında fikirlərini bölüşüblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com