altun.az

Əli Həsənov "Tərəqqi" medallarını təqdim etdi

27-02-2018, 16:21

Əli Həsənov "Tərəqqi" medallarını təqdim etdi

Xəbər verdiyimiz kimi, Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçirilir.
Altun.az xəbər verir ki, qurultayda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif etdiyi şəxslərə medallar təqdim edilib.
Həmin şəxslərin siyahısını təqdim edirik:
Rüstəmxanlı Tənzilə Yolçu qızı; Ali Tekin Atalar; Allahverdiyeva İlhamə Kəmənd qızı; Babayeva Ofelya Rəhim qızı; Boçarov Yuri Borisoviç; Demirçi Ayhan Yunus oğlu; Əhmədov Eldar Məmməd oğlu; Əliyev Yunus Dəmir oğlu; Əsgərov Məhəmməd Xəlil oğlu; Hacıyev Qüdrət Əli oğlu; Qarayev Ələkbər Qara oğlu; Muradlı Arzu Oqtay qızı; Nəsirov Seymur Rahim oğlu; Osman Əsli Əli qızı; Rəhimli Səftər Mikayıl oğlu; Rəhman Vaqif Yusuf oğlu.
Medal və mükafatlar Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tərəfindən təqdim olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com