altun.az

Əbülfəs Qarayev Mədəniyyət Evi satır

14-02-2018, 19:17

Əbülfəs Qarayev Mədəniyyət Evi satır

Mədəniyyət və Turizm Nazirliyi balansında olan və uzun illərdir fəaliyyət göstərməyən kənd klublarını satışa çıxarıb.
Altun.az xəbər verir ki, Əmlak Məsələləri Dövlər Komitəsi ikinci dəfədir ki, nazirliyin satmaq istədiyi kənd klubları ilə bağlı hərrac təşkil edir. Budəfəki hərrac 13 mart tarixinə təyin edilib.
Hərracda ümumilikdə 4 müxtəlif rayonda olan istifadəsiz kənd klubları özəlləşdiriləcək. Satışa təqdim edilən əmlaklar Ağdaş, Gəncə və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kənd klublarıdır.
Ağdaş rayonunda olan Bulaqotağı kənd klubu 8000, Goranboy rayonunda olan Səmədabad kənd klubu 4000, Səfikürd kənd klubu isə 10.350 manata təqdim edilib.
Özəlləşdirməyə təqdim edilən kənd klubları və mədəniyyət evi üçün ən yüksək satış qiyməti Nərəcan Mədəniyyət Evinə müəyyən edilib. Xaçmazda yerləşən bu əmlakın ilkin satış qiyməti 64.900 manatdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com