altun.az

Marsda yarım milyon insanın yaşadığı şəhər tapıldı - FOTO

27-08-2017, 20:08

Marsda yarım milyon insanın yaşadığı şəhər tapıldı - FOTO


Alimlər bir daha, Marsda vaxtilə sivilizasiya olduğunu bəyan ediblər və sübut kimi NASA-nın əldə etdiyi şəkillərdən təşkil olunmuş "Google Mars" servisindəki təsvirləri göstəriblər.
Altun.az xəbər veririk ki, şəkillərdə qeyri-adi daş strukturları var. Alimlər iddia edirlər ki, bu tikililər yoxa çıxmış sivilizasiyadan qalıb. Tikililər yüzlərlə kilometr məsafədə uzanır.
Ekspertlərin sözlərinə görə, bu şəhərdə yarım milyona qədər sakin yaşayıb. İnternetdə yayılmış videodan, artıq boş qalmış Mars şəhərini görmək olar. Şəhər iri tikililərdən ibarətdir. Tikililərin uzunluğu 630, hündürlüyü isə 800 metrdir.
Ekspertlər, hətta fotolarda bəzi binaların arasındakı tunelləri də görüblər. Fotonu tədqiq edən araşdırmaçılar güman edirlər ki, şəhəri sel və yaxud daşqın məhv edə bilərdi. Onlar Mars sivilizasiyasının nüvə müharibəsi nəticəsində məhv olduğunu da istisna etmirlər. Marsda həyatın məhv olmasına dair bir versiya da mövcuddur. Belə ki, plazmofizik Con Brandenburqun fikrincə, Marsa yadplanetli düşmən sivilizasiya hücum edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 466 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]