altun.az

NASA: Marsa insan göndərmək üçün pulumuz yoxdur

15-07-2017, 18:37

 NASA: Marsa insan göndərmək üçün pulumuz yoxdur


NASA-nın hazırki maliyyələşmə səviyyəsində agentliyin Marsa insan göndərməsi proqramı çətin ki, təyin edilən vaxtda – iyirmi birinci əsrin otuzuncu illərinin ortalarına həyata keçirilsin.

Altun.az-ın xəbərinə görə, bu barədə bu barədə NASA-nın pilotlaşdırma proqramları üzrə departamentinin rəhbəri Bill Qerstenmayer deyib.

O bildirib ki, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin “Qırmızı planetə” missiya göndərmək üçün sadəcə pulu yoxdur.

“Bizim büdcə ilə bağlı ciddi problemlərimiz var”, - NASA nümayəndəsi deyib.

Qerstenmayer qeyd edib ki, büdcənin əsas hissəsi SLS raketi və “Orion” kosmik aparatına sərf edilib, bu səbəbdən NASA-nın Marsın səthinə enmək üçün aparatın hazırlanmasına lazımi vəsaiti qalmayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 512 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]