altun.az

Orucun faydaları - Kimə olar, kimə olmaz?

29-05-2017, 14:16

Orucun faydaları - Kimə olar, kimə olmaz?

Orucun həzm sisteminə təsiri: ağız, tüpürcək vəzləri, dil, udlaq, yemək borusu, mədə 12 barmaq bağırsaq, qaraciyər, mədəaltı vəzi kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir kompüter kimi işləməkdədir. Avtomatik surətdə idarə edilən bu sistem gündə 24 saat işləməkdən, çox halda əsəbiləşmənin və səhv qidalanmanın nəticəsində taqətdən düşür. Oruc tutmaqla həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə edilir.

Altun.az xəbər verir ki, orucdan başqa digər pəhrizlər yuxarıda deyilənlər baxımından kifayət deyil. Çünki 10 qramlıq bir maddənin belə, orqanizmə daxil olması kompüter kimi işləyən həzm sistemini hərəkətə gətirir. Bu mənada demək olar ki, oruc sayəsində qaraciyər dincəlir. Orucun qaraciyərə başqa bir yardımı da qanın təmizlənməsidir. Qaraciyərin ən mühüm vəzifələrindən biri qəbul edilən qida ilə ifraz edilən qida arasında müvazinət yaratmasıdır. Oruc tutulan zaman gündüzlər qida qəbul edilmədiyi üçün qaraciyər qida toplamaq məsələsində xeyli rahatlanır.

Bu istirahət vaxtında orqanizm üçün həyati əhəmiyyəti olan, qlobinlər hazırlayır. Bununla da immun sistemi güclənir. Mədənin də orucdan faydalanması tamamilə müsbətdir. Başqa aclıq hallarından fərqli olaraq orucluqda niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı dayanır. Bununla da mədənin və turşu hüceyrələri bu ay ərzində dincəlmiş olur. Oruc bağırsaqların da həm şirə, həm də hərəkət edən əzələlər baxımından dincəlməsinə səbəb olur.

Bağırsaqların daxili divarları altında mühafizə sistemimizin bir parçası olan xovlar yerləşmişdir. Oruc tutmaqla həmin xovlarda sözün tam mənasında bir təftiş həyata keçirilir. Beləliklə, həzm sistemi xəstəliklərinə qarşı daha da müqavimətli oluruq. Oruc tutan zaman fikrimiz ancaq gördüyümüz işlərə cəmləşir. Bu isə hafizənin daha yaxşı işləməsinə səbəb olur. Tarixdə də bir çox alimlər günlərlə ac qalaraq düşüncə qabiliyyətini inkişaf etdirib. Az yemək zehni gücləndirir, xərçəngin qarşısını alır.

Oruc tutan insan öz bədəninə nəzarət etməyə vaxt tapır və beləcə, özünü müdafiə edə bilir. Bəs hansı hallarda oruc tutmaq olmaz?

Oruc tutmaq sağlam insanlar üçün faydalıdır. Lakin sağlamlığında problemi olan insanlar üçün zərərlidir. Qan şəkəri aşağı olan diabet xəstələrinə, böyrək çatışmazlığından əziyyət çəkənlərə, parkinson, alzheymer və epilepsiya xəstələrinə, psixoloji baxımdan ciddi problemləri olanlara, gün ərzində dərman qəbul edən xəstələrə oruc tutmaq məsləhət deyil.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 453 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com