altun.az

Təyyarələrdə “Wi-Fi” olacaq

17-05-2017, 10:40

Təyyarələrdə “Wi-Fi” olacaq

Kanaveral kosmodromunda ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısının uğurlu buraxılışı həyata keçirilib.
Altun.az xəbər verir ki, raket orbitə təyyarə və gəmi sərnişinləri üçün genişzolaqlı internetə çıxışı təmin edəcək "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Seriyada dördüncü və sonuncu olmaqla qlobal "Global Xpress" peyk şəbəkəsinin yaradılmasını tamamlayacaq aparat ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb. Peykin proqnozlaşdırılan istismar müddəti 15 il təşkil edir.
Məlumata görə, bu ilin martında "SpaceX" ilk pilləsi kosmosa göndərilən "Falcon 9" raketdaşıyıcısının buraxılışını həyata keçirib. Doqquz dəqiqə sonra raket Atlantik okeanda yerləşən platformaya uğurlu eniş edib.
Mayın 4-də "SpaceX" şirkətinin vitse-prezidenti Patrisiya Kuper şirkətin internetin paylanması üçün 2024-cü ilədək dörd mindən çox peyk buraxmaq niyyətində olmasını açıqlayıb. Onun sözlərinə görə, şirkət 2017-ci ildə prototiplərin sınaqlarına başlayacaq və ilk peyki ilin sonunadək buraxacaq. İkinci aparatın Yerətrafı orbitə 2018-ci ildə çıxarılması nəzərdə tutulur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 568 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]