Impera

XƏBƏR LENTİ
23:38Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitinə hazırlaşır - Lavrov23:29Bakıda ZƏLZƏLƏ OLMAYACAQ - Rəsmi açıqlama23:06Biz Lavrovdan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" - XIN22:55Əgər Tramp geri dursa, bu, İŞİD-in qələbəsi olacaq - Ərdoğan17:38General-leytenant Ayk Kotancyan Paşinyanı hədələdi - Pis olacaq17:12Rəsulzadənin barelyefi tapıldı- Bələdiyyə "oğurlayıbmış"16:56Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam16:51Qırğızıstanda rus dilinin ləğvi təklif edildi16:47Xəstəxanalar da tam hazır vəziyyətə gətirildi- Nazirlik16:43Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət16:36Menbiçdə dəhşətli partlayış: 5 ABŞ hərbçisi öldü13:39Əgər konkret detallar razılaşdırılsa....- Paşinyan Qarabağla bağlı ilk legitim danışıqlara başlayır13:32Paşinyanla Əliyev arasında heç bir fikir ayrılığı yoxdur – Ruben Rubinyan13:15Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat10:11ABŞ-dan Venesuelaya zərbə-Legitim saymır...10:06Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər09:48Dövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi09:40ABŞ Rusiya silahının gücünü qiymətləndirə bilmir-Devid Aks22:44Avtobus gözləyərkən, hərəkətdə olarkən... - XƏBƏRDARLIQ22:36Türkiyə qərarında qətidir - S-400...22:27İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS22:16Sürəti saatda 70 km-ə çatan külək Türkiyədə fəsad törətdi22:10Fərəh Əliyeva komissiya sədri, nazir Əbülfəs Qarayev isə onun müavini təyin edildi - Fərman21:55Ukrayna gəmiləri Kerçdən keçəcək - NATO və ATƏT...21:49Paşinyan Gürcüstana qeyri-rəsmi səfər etdi - Foto09:586 saatdan az, 8 saatdan çox yatan insanların "baş bəlası"- Təhqiqat09:47İŞİD döyüşçüləri Nigeriyanın şimal-şərqində Ran şəhərini ələ keçiriblər.09:34Usubov generalların yerini dəyişdi - Yeni təyinat09:21ABŞ NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərini çox diqqətli bir şəkildə ölçüb-biçməlidir - Çokar09:13Türkiyə də ABŞ tərəfindən yaradılan və İsrailin də fəal olduğu "Cənub cəbhəsi"-nin hədəfindədir - Cingiz Tomar00:08Tramp Ərdoğanla Suriya ilə bağlı razılığa gəldi00:04Bakı Azərbaycanın paytaxtıdır, yoxsa?.. - Tahir Kərimli23:35PKK AB üçün tamamilə terror qruplaşmasıdır - Qərar23:27"Araz Əlizadə də səviyyəsiz, hədsiz dərəcədə barbardır" - Zərdüşt Əlizadə21:11ABŞ PYD-nin təhlükəsizliyini təmin etmədən Suriyadan çıxan deyil - PKK dövləti yaradılır - Ekspert20:56Sürücüm tualetdə olub,.. mənə qarşı kim bunu edib... - Azərbaycanlı müğənni20:02Abşeronda yeniyetmə qız yoxa çıxıb - FOTO19:56CHP oynanılan böyük oyunu görmürsə... - Qurtulmuş19:52Rusiya-Ukrayna müharibəsi...- Xəfiyyə19:47Bıçaqlanan mer xəstəxanada öldü15:293 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar14:26Belə qeyrətsiz adamı, yaxşı ki, öldürdüm - Məhkəmə istintaqı...14:19Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı13:42İlham Əliyev və xanımı yeni xəstəxananın açılışında - Foto13:38Boltonun İrana zərbə endirmək təklifi provokasiyadır - ABŞ MN12:11İŞİD-in PKK və YPG ilə heç bir fərqi yoxdur - Trampın təhdidinə cavab - Video12:06Bakı bulvarından BDU-ya - Maraqlı təyinat12:02İrəvanda kürd əsilli deputat yeni parlamentin açılışını etdi11:54İranda "Boinq 707" yük təyyarəsi qəzaya düşdü- 10 ölü - Foto/Video11:45YUNESKO ensiklopediyasına düşən alimimiz11:3327 yaşlı gənci taksidə döyüb öldürdülər - Dəhşət20:35Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi20:27Bakıda dəhşətli qəza, ölənlər var20:12ABŞ Qətərdə hərbçilərinin sayını artırır20:09İngilislər Rayan Babel üçün Türkiyəyə 2 milyon avro ödəyəcək20:04İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova19:59Avropada böyük müsəlman dövləti yaranır-Balkan böhranı15:57Gürcüstanda Azərbaycanlı qız anasını onu bıçaqlamağa vadar edib14:24Şirvanda iki avtomobil toqquşdu — Yaralılar var14:16Azərbaycan da FETÖ-çu generalı istintaqa cəlb etdi14:08Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır: Dünya liderliyini itiririk - İvo Daalder14:02Adnan Oktar həbsxana şəraitindən Ərdoğana məktub ünvanladı13:57Biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq - Heydər Əliyev Hafiz Əsəddən...istəyib13:42Suriya və başqa ölkələrdə minlərlə hədəfə hücum təşkil etmişik12:57Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə etmək niyyətində deyil - “Nəşnl İnterest”12:50Knyazın qəbri də Varfolomeyə verilir - Ukrayna22:18Ramil Usubovdan komandirlərə tələb - Foto22:11Rusiyanın kosmosla əlaqəsi kəsildi21:26Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...21:21Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir - Tramp18:52Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı18:48DGK-nın iki vəzifəli əməkdaşı həbs olundu18:37Pompeo Obamanı təhqir etdiyinə görə utanmalıdır – Brennan18:28"Nəticələrini gözləməyə çağırıram" -Azay Quliyev Mehmanla bağlı müraciət yaydı13:46Azərbaycana ilin ilk medallarını karateçilər qazandırdı13:28Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı13:25Zaxarova 1941-də bir almanı SSRİ-yə gəldiyinə görə Sibirə göndərərdi - Kamran Rüstəmov13:15"Dərviş" Parisi partlatdı - Foto10:24ABŞ hərbi gəmilərini Suriyaya göndərdi10:21BDU-nun kafedra müdiri dünyasını dəyişdi09:46Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq — VİDEO09:40Trampın Davos İqtisadi Forumundan imtinası dünya ölkələrinə ciddi bir mesajdır.09:29Xarici diplomatlar Mehmanla görüşdülər - Foto00:18DGK dövlət büdcəsinə 3 milyard köçürdü - Səfər Mehdiyev00:12Prezident olan kimi onların əllərini kəsəcəyəm - Namizəd14:33Rusiya: ABŞ bu ölkəyə müdaxilə edir13:31Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi12:15Berlindən Vaşinqtona: Sanksiya tətbiq etsəniz...11:47Qətər əmiri İraqa söz verdi: 1 milyard dollar…10:27Kikboksinq üzrə Azərbaycan çempionu həlak oldu...10:14Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək21:35ABŞ-ın sanksiyalarına riayət etməyəcəyik - İran21:27İranlıları Suriyadan çıxaracağıq - M.Pompeo21:23PYD kürdləri təmsil etmir - Kürd şurası nümayəndəsi Nuri Brimo21:18Qubadakı dəhşətli qəzanın səbəbi bilindi - Foto19:54Nuhun gəmisinin Ağrı dağında olduğunu amerikalı alim də təsdiq etdi19:45Şəmkirdə avtomobil qəzası 2 can aldı23:53ABŞ hipersonik güllələri işə saldı - Yeni metod23:47Tiflisdə 10 azərbaycanlının üzərinə maşın sürüldü - 1 ölü, 9 yaralı19:27Milyonçunun arvadını oğurlayıb 9 milyon avro tələb etdilər - Rəsmi
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Öskürək üç həftədən çox davam edərsə...

25 yan 2017, 11:43   
Öskürək üç həftədən çox davam edərsə...

Son zamanlar respirator infeksiyaların çox yayılması orqanizmdə immunitetin zəifləməsi fonunda bir sıra xroniki xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aktivləşməsinə səbəb olur.
Qeyd edilən problemlə bağlı araşdırmalar aparmağa və mütəxəssis rəyini öyrənməyə çalışdıq. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri, dosent Rafiq Bayramovun fikirlərini öyrənmək istədik.
R.Bayramov bildirdi ki, bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi mövcuddur ki, bu xəstəliklərə düçar olmuş insanların 50%-dən çoxunda ilk 6 ay ərzində heç bir əlamət müşahidə edilmir.
Bronx-ağciyər xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti xəstələrin bir qrupunda uzun müddət ümumiyyətlə olmur. Buna görə də bir çox hallarda tənəffüs orqanları xəstəliyi olan şəxslər vaxtında həkimə müraciət etmədiyi üçün gecikmiş və yayılmış mərhələdə aşkar edilirlər. Tənəffüs orqanlarını xüsusilə daha çox zədələyən vərəm xəstəliyi xroniki gedişli, azsimptomlu olub tədricən inkişaf etdiyi üçün bu xəstələr bəzi hallarda erkən mərhələdə aşkar edilmir. Belə ki, tənəffüs orqanlarının vərəmi olan xəstələr daha çox, ya kəskin respirator virus infeksiyalarından sonra sağalmanın olmaması, ya da vərəm prosesinin inkişafı nəticəsində əlamətlərin güclənməsi, xüsusilə qanhayxırmanın müşahidə edilməsi zamanı həkimə müraciət edirlər. Bu baxımdan insanların hal-hazırda bütün dünyada geniş yayılmış və tənəffüs orqanlarını daha çox zədələyən vərəm xəstəliyi, onun əlamətləri haqqında məlumatlı olmaları vacibdir. Bu baxımdan aşağıdakıları qeyd etmək istərdim:
Vərəm xəstəliyi vərəm çöpləri tərəfindən törədilən xroniki infeksion xəstəlikdir. Vərəm infeksiyası daha çox tənəffüs orqanlarını, ağciyərləri zədələyir. Amma vərəm bütün orqanlarda müşahidə edilə bilər. Belə ki, rast gəlmə tezliyinə görə tənəffüs orqanlarının vərəmindən sonra sümük-oynaq sisteminin, sidik-cinsiyyət orqanlarının, beyin qişalarının və s. digər bütün orqanların vərəmi müşahidə edilir.
Vərəm əsasən tənəffüs yolu vasitəsilə (hava-damcı və hava-toz yolu) yoluxur. Vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələr epidemioloji baxımdan daha təhlükəlidirlər. Çünki daha çox belə xəstələrin öskürməsi və asqırması zamanı ətrafdakı sağlam insanların vərəmə yoluxması baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin təxminən 1/3 hissəsi vərəm infeksiyasına yoluxub və hər il dünyada 10 milyonadək insan vərəmlə xəstələnir ki, bunların da 3 milyonu vərəm xəstəliyindən dünyasını dəyişir. Yəni, dünyada təxminən hər 10 saniyədən bir 1 nəfər vərəm xəstəliyindən ölür. Vərəm çöpləri ilə yoluxanların 10%-ə qədərində vərəm xəstəliyi inkişaf edir. Yoluxmuş insanların qalan 90%-də isə vərəm çöpləri latent ("yatmış") formada qalaraq insanın ömrünün sonunadək xəstəlik törətmir və ya immunitetin zəifləməsinə səbəb olan hər hansı bir faktorun təsirindən aktivləşərək vərəm xəstəliyi törədir.
Vərəmlə hər kəs xəstələnə bilər. Çox yaxşı bir deyim var ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qrupu vardır ki, vərəm xəstəliyi bu qrupdan olan insanlarda daha çox müşahidə edilir. Vərəmlə xəstələnməyə görə müşahidə edilən risk qrupuna aiddir: hormonal terapiya alan endokrinoloji xəstələr, o, cümlədən şəkərli diabet olan xəstələr, açıq ürək əməliyyatı və orqan köçürülməsi əməliyyatı olunanlar, hamiləlik və doğuşdan sonrakı dövrdə olan qadınlar, tibb müəssisələrinin (əsasən qəbul şöbələri və vərəm əleyhinə müəssisələrin) personalı, qidalanması zəif, yaşayış şəraiti qeyri-qənaətbəxş (xüsusilə, nəmişlik və günəş şüası düşməyən) olan insanlar, tütünçəkənlər, alkoqoliklər, narkomanlar, tüfeyli həyat tərzi keçirənlər, QİÇS olan xəstələr, cəzaçəkmə müəssisələrində cəza cəkənlər və oradan azad olunanlar, hərbi qulluqçular və s. Amma bu heç də o demək deyil ki, yalnız sadalanan risk qrupundan olan insanlar vərəmlə xəstələnə bilərlər. Əslində hər kəs ömrünün istənilən dövründə vərəmə tutula bilər. Praktik olaraq da yaşayış şəraiti, qidalanması çox yaxşı olan və sadalanan risk qruplarına aid olmayan insanlar arasında da vərəm xəstəliyinin rastgəlinmə halları heç də az deyildir.
Vərəm xəstəliyi üçün mütləq patoqnomik olan əlamət yoxdur, yəni elə bir əlamət yoxdur ki, ona əsasən müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu əminliklə deyək. Amma vərəm zamanı ən çox rast gəlinən əlamətlər bunlardır: axşamüstü zəif subfebril hərarətin (37,2-37,4 C) olması, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsi, gecələr səhərə yaxın boyun, ənsə, kürək nahiyəsinin tərləməsi ("nəm yastıq" simptomu). Bu əlamətlərlə yanaşı, vərəm xəstəliyi zamanı iştahasızlıq, arıqlama, tənəffüs orqanlarının vərəmi zamanı öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, qanhayxırma və ağciyər qanaxması müşahidə edilir. Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən əgər öskürək 3 həftədən çox davam edərsə, həmin şəxsin vərəmə görə mütləq müayinə olunması lazımdır.
Vərəm müalicə olunan və tam sağalan xəstəlikdir. Təbii ki, xəstəlik nə qədər tez aşkar edilib, vaxtında müalicəyə başlanılıb tam kompleks müalicə edilərsə, nəticə bir o qədər effektli olar. Amma vərəmin müalicəsi uzunmüddətlidir. Belə ki, vərəmin ən məhdud formasının kompleks müalicəsi fasiləsiz olaraq, minimum 6-8 ay davam etdirilməlidir.(saglamolun.az)
OXŞAR MÖVZULAR