altun.az

Tarixin ən qəddar qurğusu - Pişiklərə əzab verərək ritm yaradan aləti siz də tanıyın - Eksklyuziv FOTO

29-11-2016, 02:50

Tarixin ən qəddar qurğusu - Pişiklərə əzab verərək ritm yaradan aləti siz də tanıyın - Eksklyuziv FOTO

Orta əsrlərdə əyləncə üçün yaradılmış alətlər də tükürpədici və qəddar idi.

Məsələn, İspaniya kralı 2-ci Filippin qəribə bir musiqi aləti vardı. Onun adı "pişik klavisini" idi. Altun.az xəbər verir ki, bu alət 14 bölmədən ibarət olub. Bölmələr bir-birindən taxta arakəsmələrlə ayrılırdı. Bu arakəsmənin hər birinə bir pişik otuzdurulurdu.

Pişikləri xüsusi qayda ilə seçirdilər. Onun quyruğunu tapdalayır və çıxardığı səsin tembrini dinləyirdilər. "Kökləyici" usta hər pişiyin səsinə uyğun olaraq onu klaviş kimi lazımi bölmədə yerləşdirirdi. Əzabkeş pişiklərin bircə başı bayıra çıxırdı. Amma onların quyruğu klaviaturanın altında qalırdı. "İnsafsız" alətin klavişini basan kimi onun altındakı iynə pişiyin quyruğuna batırdı. Təbii ki, pişik də ağrıdan çığırır və oturduğu bölməyə uyğun səs çıxarırdı.

Saray əyanları bu alətdə çalmağı, xüsusilə də akkord götürməyi çox sevirdilər. Bəzən alətdə çalmaq üçün növbə yaranırdı. Bu qəddarlığın səbəbini kilsənin pişiklərə qarşı münasibətilə izah edirlər. Kilsə pişiyi İblisin köməkçisi və müjdəçisi elan etmişdi. Qara pişiklərin isə sağ qalma ehtimalı lap az idi. Bu alət çox qəddar olsa da, Avropada kifayət qədər çox yayılmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 026 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]