altun.az

Cənnətə ilk girən qadın Hz. Fatimə olmayacaq - HƏDİS

26-11-2016, 03:46

Cənnətə ilk girən qadın Hz. Fatimə olmayacaq - HƏDİS

Hz. Fatimeyi Zəhra bir gün atası peyğəmbərimiz Muhammedin (s.a.s) yanına gəlib dedi: - Ata, cənnətə ilk olaraq qadınlardan kim girəcək? Peyğəmbərimiz (s.): - Filan məhəllədə bir qadın var. O qadın cənnətə ilk girəcək qadındır, - buyurdu. Hz. Fatimə çox maraqlanmısdı. - Məndən də əvvəl girəcək ata? - deyə soruşdu. Hz. Peyğəmbərimiz (s.): - Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol, - dedi - Həm də onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən. Çox maraqlanan Hz. Fatimə bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür. Içəridən qoca bir qadın səsi eşidildi: - Kimdir? Hz. Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın : - Canım sənə qurban, ey Allah Rəsulunun qızı, səninlə görüşməyi çox istəyirdim, lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim. Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm üzr istəyirəm canım sənə qurban. Sabah inşAllah gələrsiniz və mən də yoldaşımdan icazə alaram, görüşərik, - dedi. Hz. Fatimə sağollaşıb geri döndü, qadın da axşam əri gələndə məsələni başa salıb icazə aldı. Ikinci gün qadınla görüşəcəyinə əmin olan Hz. Fatimə yanında Hz. Həsəni də götürüb gəlir. Qapını döyür və gəldiyini bildirir. Qadın Hz. Fatimənin yanındakı uşağı görüb deyir: - Üzr istəyirəm, mən ərimdən yalnız sizin üçün izn almışdım, istəyirsiniz siz girin uşaq bayırda gözləsin, ya da ərimdən uşaq üçün də icazə alaram sabah birlikdə gələrsiniz. Hz.Fatimə geri dönüb sabahı gözlədi. Sabah yanında bir də Hz. Hüseyni də gətirdi və yenə həminki kimi geri döndü. Qadın ərindən üçünə də icazə aldı və Hz. Fatiməni gözləməyə başladı. 4-cü gün Hz. Fatime uşaqlarla birgə qadının evinə gəldi və içəri daxil olub salamlaşdı. Baxıb gördü ki, qapının arxasından danışan yaşlı qadın gözəl və yaraşıqlı bir xanımdır. Hz. Fatimə təəcüblənib soruşdu: - Mənimlə danışarkən səsiniz çox yaşlı qadın səsiydi, indi isə tam əksinə. Qadın cavab verdi: - Sizinlə danışarkən səsim bayıra çıxırdı, yad kişilər eşitməsin və günaha batmayım deyə ağzıma bir daş parçası almışdım. İndi isə o daşı çıxartdım. Hz. Fatimənin gözləri dolmuşdu.
Atasının niyə ilk cənnətə girən qadının bu olduğunu söylədiyini başa düşdü. Qadın Hz. Fatiməyə: - Ey Allah Rəsulunun qızı! Indi mən yoldaşıma qarşı vəzifəmi yerinə yetirmiş olurammı? Allah məni ərimə qarşı hesaba çəkər deyə çox qorxuram, - dedi. Hz. Fatimə atasının müjdəsini bildirdi: -Yox! Sən Atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən. Heç bir qadın sizin etdiyinizin yüzdə birini etməz, - dedi, və cənnətə girəcək ilk qadınla söhbətdən sonra icazə alıb, evə döndü.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 511 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com