altun.az

HƏRƏNİ ÖZ DƏRDİ TAPAR

25-08-2020, 21:24

HƏRƏNİ ÖZ DƏRDİ TAPAR


Dünya dərd-sər dünyasıdı,
Hərəni öz dərdi tapar.
Hara gedirsən,ay adam,
Dərdini özünlə apar.

Xırdanın xırda dərdi var,
Böyüyə iri dərd gəlir.
Sonradan qeyrətsiz olan,
Doğulanda namərd gəlir.

Qismətini halal bilən,
Özünü bəlalı bilən ,
Qəlbini cilalı bilən ,
Dərdli dünyaya mərd gəlir.

Bacarırsan, at dərdini,
Bir bazar tap,sat dərdini,
Yük sənindi,dart dərdini,
Üzü dönəndə ,sərt gəlir.

Yağ süzülür aşımızdan,
Var tökülür başımızdan.
Bəzən çıxır yadımızdan,
Çox vara, çox da dərd gəlir.

Oğulu fərsiz görəndə,
Yerlini yersiz görəndə,
Qalib,çox arsız görəndə,
Dərdimin üstə,dərd gəlir.
Qalib Abbasov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 50 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]