altun.az

Qaynar çay və qəhvə xərcəngə yol açır

21-03-2019, 14:59

Qaynar çay və qəhvə xərcəngə yol açır

Beynəlxalq alim qrupu çayın və ya qəhvənin qaynar içilməsinin qida borusu xərçənginin meydana gəlmə və inkişafı riskini artırdığını müəyyən edib.
Elmi araşdırmanın nəticələri “EurekAlert!” nəşrində dərc olunub.
Altun.az-ın məlumatına görə alimlər 40-75 yaşlarda 50 mindən çox insan arasında qidalanma vərdişlərini araşdırıb və orta hesabla 10 il müşahidələr aparıb. Tədqiqat qrupu tərəfindən bu müddət ərzində 317 nəfərə qida borusu xərçəngi diaqnozu qoyulub.
Alimlər belə bir nəticəyə gəlib ki, gündəlik olaraq temperaturu 60C-dən yüksək olan 700 ml-dən çox çayın və ya qəhvənin içilməsi, sözügedən ölümcül xəstəliyin inkişafı riskini 90 faiz artırır. Alimlər bu riski aradan qaldırmaq üçün qaynar çayı soyuduqdan sonra, ilıq içməyi tövsiyə edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 339 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]