altun.az

Araqdan "qaçmaq istədi", 25 il itkin düşdü -FOTOLAR

9-01-2019, 19:18

Araqdan "qaçmaq istədi", 25 il itkin düşdü -FOTOLAR

Sovet İttifaqı dağılmadan əvvəl itkin düşən paraşütçü Timofey Menşikov 25 il sonra sağ tapılıb.
Altun.az xəbər verir ki, Menşikov temperaturun mənfi 60 dərəcəyə qədər endiyi meşədə ovçuluq və balıqçılıqla sağ qalmağı bacarıb. Rusiyanın Yakutiya bölgəsindəki vəhşi bir meşədə kiçik daxmada yaşayan paraşütçü iki it və bir pişiklə həyatına davam edir.
Timofey 1991-ci ildə itkin düşüb. O, illər sonra tapılsa da, yenə də meşədə, insanlardan uzaq yaşamağı üstün tutub. Menşikov “Niyə qaçdın” sualına: “Niyə qaçdım? Dürüst olmaq lazımdırsa, araqdan qaçdım”- cavabını verib.
Menşikovu isə bloqçu Oleq Geraymoviç tapıb. Bloqçu: “Atam 40 kilometr uzaqda bir ev olduğunu dedi və mən də onu tapmaq qərarına gəldim”- deyib.
1979-cu ildən Sovet İttifaqının Hərbi Hava Qüvvələrində xidmət edən Menşikovun 8 yaşı olanda atası və anası vəfat edib. Uşaq evində böyüyən Menşikov bacısı və qardaşını tapmaq üçün Sanqara qədər gedib. Amma onları tapa bilməyib və ümidini itirib.
İnsanlardan uzaqlaşanda evli və 4 uşaq atası olan Menşikovun kürəkəni ona baş çəkib. Amma qızı onları tərk etdiyi üçün atasını görmək istəmir...
Araqdan "qaçmaq istədi", 25 il itkin düşdü -FOTOLAR
Araqdan "qaçmaq istədi", 25 il itkin düşdü -FOTOLAR
Araqdan "qaçmaq istədi", 25 il itkin düşdü -FOTOLAR
Araqdan "qaçmaq istədi", 25 il itkin düşdü -FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 340 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]