altun.az

Azərbaycanın Urmu gölü səhralığa döndərilir - SOS

6-01-2019, 20:47

Azərbaycanın Urmu gölü səhralığa döndərilir - SOS

Urmu Gölünü Canlandırma Mərkəzinin hazırkı planına görə, gölün cənub hissəsinə su çatdırılmayacaq.
Altun.az xəbər verir ki, bu barədə Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri danışıb.
"Urmu Gölünü Canlandırma Mərkəzi hazırda gölün cənub hissəsinə su axıtmağı planlaşdırmır. Gölə 14 milyard kubmetr su daxil olsa belə, onun bəzi yerləri, o cümlədən cənub hissəsi susuz qalacaq, həmin nöqtələrə su çatmayacaq", - deputat bildirib.
Mütəxəssislər belə olan halda gölün yalnız bir hissəsinin, yəni nisbətən dərin olan şimal hissəsinin qalacağını, cənub hissəsində isə böyük səhralıq yaranacağını deyirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 461 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]