altun.az

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri kimdir? – DOSYE

23-04-2018, 20:27

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, millət vəkili Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub.
Altun.az onun dosyesini təqdim edir:
F.Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində “sənayesində ətraf mühitin qorunması” ixtisası üzrə magistr dərəcəsini alıb.
1999-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2004-cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb. 2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatoru, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri işləyib. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası III çağırış MM-in deputatı seçilib. İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olub. 2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış MM-in deputatı seçilib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın layihəsini hazırlayan işçi qrupunun üzvü olub.
2015-ci ildə 3-cü dəfə millət vəkili seçilib və MM-in Gənclər və idman komitəsinin sədridir.
Bitərəfdir. Evlidir, 3 övladı var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 467 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com