altun.az

Vətəndaşlar da metrodan istifadə haqqı qazanacaq - 3 gün gecə 2-yə...

10-04-2018, 16:47

Vətəndaşlar da metrodan istifadə haqqı qazanacaq - 3 gün gecə 2-yə...

Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" Azərbaycan qran-prisi ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı Metropolitendən Altun.az-a verilən məlumata görə, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, Bakı Metropoliteni QSC-nin rəhbərliyi yarışın keçirildiyi günlərdə Metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib. Məqsəd, tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və istirahət yönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.
Qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]